Yuxarı

3 yeni turizm və rekreasiya zonası yaradılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
3 yeni turizm və rekreasiya zonası yaradılacaq

Azərbaycanda 3 yeni turizm və rekreasiya zonasının yaradılması, həmçinin 8 yeni dağ-piyada marşrutunun hazırlanması nəzərdə tutulur.

Axar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb.

Sənədə əsasən, 2027–2030-cu illərdə 3 yeni turizm və rekreasiya zonası yaradılacaq. Həmin zonaların tərkibində azı 3 turizm mərkəzinin formalaşdırılması nəzərdə tutulur.

Seçilmiş turizm mərkəzləri baş inkişaf planlarına uyğun olaraq sosial, mədəni, inzibati, mühəndis-kommunikasiya, avtomobil yolları və yol-nəqliyyat infrastrukturu ilə təmin ediləcək. Daha sonra bu ərazilərə özəl investisiyaların cəlb edilməsi və dövlət-özəl tərəfdaşlığı layihələrinin həyata keçirilməsi planlaşdırılır.

Dövlət Proqramında dağ-piyada turizminin inkişafı da ayrıca nəzərdə tutulub. Mövcud 40 haykinq və trekinq marşrutu qiymətləndiriləcək, əlavə 8 dağ-piyada marşrutu müəyyən edilərək işarələnəcək və rəqəmsal xəritələndiriləcək. Seçilmiş marşrutlarda baza düşərgələrinin və yüngül turizm infrastrukturunun yaradılması da planlaşdırılır.

Yeni turizm və rekreasiya zonalarının yaradılması üzrə əsas icraçı Dövlət Turizm Agentliyidir. Prosesdə İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər aidiyyəti qurumlar iştirak edəcək.

Tarix
2026.08.20 / 17:30
Müəllif
Axar.az
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla