Yuxarı

FHN bu mövzuda kurs-seminar keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN bu mövzuda kurs-seminar keçirdi

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün təhsil müəssisələrinin, xüsusi qayğıya ehtiyacı olan şəxslərə xidmət göstərən müəssisə və təşkilatların, eləcə də internat tipli gimnaziyaların rəhbər, pedaqoji və texniki heyəti üçün "Xüsusi qayğıya ehtiyacı olan şəxslərin mühafizəsi bizim prioritetimizdir" mövzusunda kurs-seminar keçirilib.

Axar.az xəbər verir ki, kurs-seminarın keçirilməsində məqsəd xüsusi qayğıya ehtiyacı olan şəxslərin fövqəladə hallar zamanı mühafizəsinin təşkili, təxliyəsi, yanğın və digər təhlükələr zamanı təhlükəsizlik qaydalarının tətbiqi, habelə sağlamlıq imkanları məhdud uşaqların təhsil aldığı məktəblərin və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün internat tipli gimnaziyaların rəhbər və pedaqoji heyətinin bu sahədə bilik və bacarıqlarının artırılması olub.

Kurs-seminarda FHN-in Sumqayıt Regional Mərkəzinin, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən məktəblərin, xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün internat tipli gimnaziyaların rəhbər və pedaqoji heyətinin, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin tabeliyində olan müəssisə və təşkilatların əməkdaşları, eləcə də digər aidiyyəti yerli qurumların nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Regional Mərkəzin rəisi polkovnik Vaqif Fətullayev iştirakçıları salamlayaraq, keçirilən tədbirin məqsədi və qarşıdakı planlar barədə ətraflı məlumat verib.

Kurs-seminarın nəzəri hissəsində əməkdaşlar tərəfindən fəlakət risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və azaldılması, fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, xüsusi qayğıya ehtiyacı olan şəxslərlə ünsiyyət və davranış qaydalarının təkmilləşdirilməsi, onların təhlükəsiz təxliyəsi və müdafiəsinin təşkili, psixoloji dəstəyin göstərilməsi, FHN-in “112” qaynar telefon xəttinin təyinatı, eləcə də aidiyyəti dövlət qurumları və digər tərəfdaş təşkilatlarla qarşılıqlı fəaliyyət mexanizmlərinin gücləndirilməsi üzrə müasir yanaşmalar təqdim edilib, mövzulara dair videoçarxlar nümayiş olunub. Həmçinin, FHN-in Tibb Mərkəzinin ixtisaslaşmış psixoloqu müvafiq mövzularda çıxışlar edib.

Sonra iştirakçılar Regional Mərkəzin ərazisində yerləşən Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostendə baxış keçirib, həmçinin Mərkəzin Xüsusi Xilasetmə Hissəsinin qüvvə və texniki vasitələrilə tanış olublar.

Tarix
2026.08.21 / 12:06
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

Yeni proqramda Qarabağ ideologiyası yoxdur - Paşinyan

Azərbaycan Mərkəzi Afrika Respublikasına başsağlığı verdi

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Məşhur bloger narkotikə görə həbs olunub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla