Yuxarı

Azərbaycan dilini öyrənmək üçün Gəncədə bir ailə ilə yaşadım

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan dilini öyrənmək üçün Gəncədə bir ailə ilə yaşadım

Azərbaycan dilini öyrənmək heç də asan deyildi. Mən Azərbaycana gəlməzdən əvvəl təxminən bir il Böyük Britaniyada Azərbaycan dilini öyrəndim.

Axar.az Teleqraf-a istiandla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dankan Norman mətbuat konfransında deyib.

Səfir bildirib ki, Azərbaycan dilini öyrənmək üçün Gəncədə bir ailə ilə yaşayıb:

“Hazırda da dərslər alıram, çünki Azərbaycan dili biliyimin hələ kifayət qədər yaxşı olmadığını düşünürəm. Azərbaycan dilini öyrənmək ingilisdilli insan üçün asan deyil, amma düşünürəm ki, buna dəyər. Dili öyrənməkdən böyük zövq alıram. Azərbaycan dili çox zəngin dildir. Onun strukturunu çox bəyənirəm və karyeramda etdiyim ən yaxşı işlərdən biri bir ilimi Azərbaycan dilini öyrənməyə həsr etmək olub. Ümid edirəm ki, hər dəfə bu mətbuat konfranslarını keçirdikdə Azərbaycan dilində də bir az daha çox danışa biləcəyəm”.

Tarix
2026.08.21 / 12:48
Müəllif
Axar.az
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla