Yuxarı

Samuxda qarayara ilə bağlı son vəziyyət... - Nazirlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Samuxda qarayara ilə bağlı son vəziyyət... - Nazirlik

Samux rayonunda qarayara ilə bağlı epidemioloji vəziyyət stabildir. Yeni yoluxma halları qeydə alınmır və xəstəliyin əhali arasında yayılması müşahidə olunmur.

Axar.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Samux rayonunun Alıuşağı kəndində qarayara ilə bağlı hadisə qeydə alındıqdan dərhal sonra aidiyyəti qurumlar tərəfindən zəruri epidemioloji və profilaktik tədbirlər həyata keçirilib:

“Aparılan epidemioloji araşdırmalar zamanı xəstəliklə təmasda olmuş şəxslər müəyyənləşdirilib, tibbi müşahidəyə götürülüb və zəruri laborator müayinələr aparılıb. Eyni zamanda, hadisənin baş verdiyi təsərrüfatda epidemioloji və epizootoloji araşdırma həyata keçirilib, laborator müayinə məqsədilə müvafiq nümunələr götürülüb.

Aparılan müşahidə və laborator müayinələrin nəticələrinə əsasən 15 avqust 2026-cı il tarixindən etibarən yeni yoluxma halı qeydə alınmayıb.

Hazırda xəstəlik aşkarlanmış şəxslər tibb müəssisəsində müvafiq müalicə alır, xəstəliklə təmasda olmuş digər şəxslər üzrə isə zəruri tibbi müşahidə və tədbirlər həyata keçirilib. Təmasda olan şəxslər arasında yeni yoluxma halı müəyyən edilməyib. Hadisə ilə əlaqədar aidiyyəti qurumlarla birgə xəstəliyin yayılmasının qarşısının alınması istiqamətində müvafiq profilaktik və əks-epidemik tədbirlər görülüb.

Qeyd edək ki, qarayara əsasən xəstə və ya tələf olmuş heyvanlarla, eləcə də onların yoluxmuş toxumaları və məhsulları ilə təmas nəticəsində insana keçən zoonoz xəstəlikdir. Xəstəliyin insandan-insana ötürülməsi olduqca nadir hallarda baş verir.

Hazırda Samux rayonunda qarayara ilə bağlı epidemioloji vəziyyət stabildir və əhali arasında xəstəliyin yayılması müşahidə olunmur. Səhiyyə Nazirliyi tərəfindən epidemioloji vəziyyətə nəzarət davam etdirilir”.

Tarix
2026.08.21 / 14:13
Müəllif
Axar.az
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla