Yuxarı

Bakıda 3 poliklinika birləşdirilir – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda 3 poliklinika birləşdirilir – Rəsmi

Bakıda fəaliyyət göstərən üç tibb müəssisəsi birləşdirilir.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, TƏBİB-in tabeliyindəki 9, 21 və 27 saylı poliklinikaları vahid müəssisə kimi fəaliyyətini davam etdirəcək.

Faktı TƏBİB təsdiq edib.

Qurumdan bildirilib ki, aparılan təhlillər çərçivəsində 9, 21 və 27 nömrəli şəhər poliklinikalarının fəaliyyətinin vahid idarəetmə modeli əsasında təşkili nəzərdə tutulur.

"Sözügedən tibb müəssisələrinin eyni ərazidə və bir-birinə yaxın yerləşməsi və bir sıra inzibati funksiyalarının qarşılıqlı əlaqəli olması onların vahid idarəetmə modeli çərçivəsində fəaliyyətinin təşkilini məqsədəuyğun edir.

Dəyişikliklərin əsas məqsədi təkrarlanan inzibati və idarəetmə funksiyalarının aradan qaldırılması, mövcud resursların daha səmərəli bölüşdürülməsi və tibbi xidmətlərin təşkilinin təkmilləşdirilməsidir".

Qeyd olunub ki, yeni idarəetmə modelinə keçidlə əlaqədar olaraq müəssisələrin mövcud ştat strukturu, funksional bölgüsü və faktiki kadr ehtiyacı da yenidən qiymətləndiriləcək:

"Struktur dəyişikliklərinin əsasən inzibati və idarəetmə funksiyalarında çalışan əməkdaşları əhatə edəcəyi gözlənilir. Bununla yanaşı, bütün vəzifələr üzrə qərarlar müəssisələrin real fəaliyyət və xidmət ehtiyacları nəzərə alınmaqla qəbul ediləcək.

Əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam yalnız əməkdaşın sərbəst iradəsi və şəxsi müraciəti əsasında mümkündür; struktur dəyişikliklərinin əməkdaşların öz ərizələri ilə rəsmiləşdirilməsi praktikasından istifadə edilmir. Hər bir əməkdaşla bağlı qərar müəssisələrin faktiki xidmət və kadr ehtiyacı, əməkdaşın ixtisası və peşəkarlıq göstəriciləri nəzərə alınmaqla fərdi qaydada qəbul ediləcək, əmək münasibətlərində hər hansı dəyişiklik isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə və qanunvericiliklə nəzərdə tutulan təminatlara tam riayət edilməklə həyata keçiriləcək".

Tarix
2026.08.21 / 16:06
Müəllif
Axar.az
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla