Yuxarı

AMB 3 vəzifəli şəxsi cərimələdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AMB 3 vəzifəli şəxsi cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) 3 bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxslərini cərimə edib.

Axar.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar "SF Azerbaijan" MMC BOKT və onun vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.6-cı maddələrinə əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə müvafiq olaraq 50 000 manat və 10 000 manat cərimə edilib.

Bundan başqa, cari nəzarət prosesləri çərçivəsində "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, İDK MMC BOKT-un vəzifəli şəxsi 2 000 manat, "Prior Credit" ASC BOKT-un vəzifəli şəxsi isə 3 000 manat cərimə olunub.

Tarix
2026.08.21 / 17:56
Müəllif
Axar.az
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla