Yuxarı

Bakıda bu ekspres avtobusun hərəkət sxemi dəyişdirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bu ekspres avtobusun hərəkət sxemi dəyişdirildi

Vətəndaş müraciətləri nəzərə alınaraq və aparılan təhlillərə əsasən, metronun “Elmlər Akademiyası” və “Gənclik” stansiyaları arasında fəaliyyət göstərən M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək.

Axar.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Belə ki, metronun “Koroğlu” stansiyasından “Elmlər Akademiyası” və “Nizami” stansiyaları istiqamətində sərnişin tələbatının qarşılanması məqsədilə avqustun 24-dən M6 nömrəli ekspres avtobuslar “Nizami” metrostansiyasından keçəcək və aralıq dayanacaq olaraq burada saxlayacaq.

Ekspres marşrut xətti uzadılaraq son dayanacaq məntəqəsi “Koroğlu” metrostansiyası təyin ediləcək. Bununla da M6 nömrəli ekspres marşrutu “Koroğlu”, “Gənclik”, “Nizami” və “Elmlər Akademiyası” stansiyalarını əlaqələndirəcək.

Tarix
2026.08.22 / 12:50
Müəllif
Axar.az
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla