Yuxarı

Qadın sahibkarın Azərbaycandan çıxışına qadağa qoyuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qadın sahibkarın Azərbaycandan çıxışına qadağa qoyuldu

Külli miqdarda vergi borcu olan qadın sahibkarın ölkədən çıxışına məhdudiyyət qoyulub.

Axar.az lent.az-a istinadla xəbər verir ki, 69 yaşlı R. İsrafilovanın adına olan MMC-nin dövlət büdcəsinə, işsizlikdən sığorta, icbari tibbi sığorta və Dövlət Sosial Müdafiə fondlarına ümumilikdə 106 min 125 manat vergi borcu yaranıb.

Borc illərdir ödənilmədiyi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi şirkət rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulması üçün iddia qaldırıb. İddiada bildirilib ki, dəfələrlə R. İsrafilovaya borcun ödənilməsi ilə bağlı bildiriş göndərilib. Lakin ödənişlər yerinə yetirilməyib.

Məhkəmənin qərarı ilə MMC-nin rəhbəri, 69 yaşlı R. İsrafilovanın ölkədən çıxışı vergi öhdəlikləri tam yerinə yetirilənədək qadağan olunub.

Tarix
2026.08.22 / 17:35
Müəllif
Axar.az
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla