Yuxarı

Cəlilabadda pir ərazisində müəmmalı qazıntı...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəlilabadda pir ərazisində müəmmalı qazıntı...

Cəlilabad rayonunun Seyidbazar kəndində yerli sakinlərin 100 ildən artıqdır inanc yeri kimi ziyarət etdiyi pirin ərazisində müəmmalı qazıntı aparılıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, kənd sakinlərinin sözlərinə görə, bu ərazi nəsillərdir pir kimi tanınır. Rəsmi olaraq dövlətin tarixi-mədəniyyət abidələri siyahısında qeydiyyatda olmasa da, pir yerli əhali üçün xüsusi mənəvi və tarixi əhəmiyyət daşıyır.

Son günlər pirin ərazisində naməlum şəxslər tərəfindən qazıntı işləri aparıldığı məlum olub. Qazıntı zamanı torpaqdan sümük qalıqları üzə çıxıb.

Hazırda ərazidə qazıntı izləri aydın şəkildə görünür. İlkin məlumata görə, pirə yerli sakinlər tərəfindən qoyulan maddi vəsaitlərə toxunulmayıb.

Qazıntının kim tərəfindən və hansı məqsədlə aparıldığı, həmçinin ərazidən aşkarlanan sümük qalıqlarının kimə və hansı dövrə aid olduğu araşdırmanın nəticəsində müəyyənləşəcək.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, hazırda hadisə ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.

Tarix
2026.08.23 / 21:44
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

Sənədlərin imzalanması və mübadiləsi mərasimi oldu - Video

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

İlham Əliyev Tokayevi təbrik etdi

Mehriban Əliyeva Ziroatxon Mirziyayeva ilə görüşdü

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Leyla Əliyeva Daşkənddən paylaşım etdi - Foto

Mirziyayevdən unikal təklif: Xəzər dənizində...

Əliyev və Mirziyayev açılış mərasimində iştirak etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla