Yuxarı

İlham Əliyev "Yeni Daşkənd"lə tanış oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev "Yeni Daşkənd"lə tanış oldu

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub.

Axar.az xəbər verir ki, layihə ölkə iqtisadiyyatını, investisiya siyasətini, nəqliyyat sistemini, təhsili, ekologiyanı və rəqəmsal texnologiyaları vahid məkanda birləşdirən yeni şəhərsalma modelidir. Layihə tam yekunlaşdıqdan sonra 260 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda tikinti sahələrində 10 mindən çox işçi çalışır. “Yeni Daşkənd”də tətbiq edilən mühüm innovativ həllərdən biri elektrik enerjisinin istehsalı, istilik və soyutma proseslərinin vahid texnoloji zəncir çərçivəsində idarə olunduğu trigenerasiya texnologiyasıdır.

Ərazidə 60-dan çox dövlət qurumu üçün müasir inzibati binalar, mehmanxanalar, restoranlar, xidmət mərkəzləri, biznes kompleksləri, turizm obyektləri, “Yeni Özbəkistan” Universiteti, Özbəkistan Milli Kitabxanasının yeni kompleksi, elmi laboratoriyalar, multimedia mərkəzləri, muzeylər, idman qurğuları və tələbə şəhərciyi inşa edilir. Burada inşa olunan “Şərq Baharı” kompleksi Mərkəzi Asiyanın ən iri yaşayış layihələrindən biri olacaq. Ərazisi 95 hektar olan kompleksdə təxminən 15 min mənzilin inşası planlaşdırılır.

Tarix
2026.08.23 / 21:11
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

Sənədlərin imzalanması və mübadiləsi mərasimi oldu - Video

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

İlham Əliyev Tokayevi təbrik etdi

Mehriban Əliyeva Ziroatxon Mirziyayeva ilə görüşdü

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Leyla Əliyeva Daşkənddən paylaşım etdi - Foto

Mirziyayevdən unikal təklif: Xəzər dənizində...

Əliyev və Mirziyayev açılış mərasimində iştirak etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla