Yuxarı

3 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
3 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açıldı

Qazaxda 3 nəfərin öldüyü yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Axar.az xəbər verir ki, rayonun Xanlıqlar kəndi ərazisində 1997-ci il təvəllüdlü Şadət Məhəmməd Mustafayev oğlu idarə etdiyi "Mersedes" markalı avtomobillə 1968-ci il təvəllüdlü Məqsəd Oruc oğlu İbrahimovun idarə etdiyi "Opel" markalı avtomobillə toqquşub.

Nəticədə "Opel" markalı avtomobilin sürücüsü Məqsəd İbrahimov və həmin avtomobildə sərnişin qismində olan 1955-ci il təvəllüdlü Mustafayev Fəxrəddin Mustafa oğlu hadisə yerində, 1958-ci il təvəllüdlü Mustafayeva Sakibə Camal qızı Qazax rayon Mərkəzi Xəstəxanasında ölüb. "Mersedes" markalı avtomobilin sürücüsü Şadət Mustafayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Qazax RPŞ-də CM-nin 263.3-cü (yol-istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib.

Tarix
2026.08.24 / 09:51
Müəllif
Axar.az
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla