Yuxarı

Azercell “Steam” ilə eksklüziv əməkdaşlığa başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azercell “Steam” ilə eksklüziv əməkdaşlığa başlayır

Azercell abunəçilərinə yeni “Steam Top-Up” xidmətini təqdim edir. Yeni xidmət istifadəçilərə “Steam” hesablarının balansını birbaşa Azercell tətbiqindən, mobil nömrələrinin balansı hesabına 18% ƏDV ödəmədən artırmağa imkan verir. Azercell Azərbaycanda bu imkanı təqdim edən yeganə mobil operatordur.

“Steam Top-Up” xidməti sayəsində istifadəçilər bank kartı və ya digər ödəniş vasitələrindən istifadə etmədən “Steam” hesablarının balansını rahat şəkildə artıra bilərlər. Bunun üçün Azercell tətbiqində müvafiq bölməyə daxil olmaq, “Steam” hesabının adını və balans artımı üçün nəzərdə tutulan məbləği qeyd etmək kifayətdir.

Yeni xidmət oyun həvəskarlarına “Steam” platformasında oyun və digər rəqəmsal məzmunların alınması üçün hesablarını daha sərfəli və rahat şəkildə artırmaq imkanı yaradır. Ödənişin birbaşa mobil nömrənin balansından həyata keçirilməsi isə prosesi daha sadə və əlçatan edir.

Steam dünyanın ən böyük rəqəmsal oyun platformalarından biridir və milyonlarla istifadəçiyə minlərlə oyun və rəqəmsal məzmun təklif edir. Platformada Counter-Strike 2, Dota 2, PUBG: Battlegrounds, EA SPORTS FC 26, Elden Ring, Baldur’s Gate 3 və populyarlıq qazanan digər oyunlar geniş auditoriya tərəfindən istifadə olunur.

“Steam Top-Up” xidmətinin istifadəyə verilməsi Azercell-in abunəçilərinə beynəlxalq rəqəmsal platformalara daha rahat çıxış imkanları yaratmaq və rəqəmsal xidmətlər portfelini genişləndirmək istiqamətində həyata keçirdiyi təşəbbüslərin davamıdır.

Xidmət haqqında ətraflı məlumatı Azercell tətbiqini yeniləyərək və ya şirkətin rəsmi internet səhifəsində əldə etmək mümkündür.

Tarix
2026.08.24 / 14:00
Müəllif
Axar.az
Digər xəbərlər

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

TRİPP dəmir yolu bu ərazilərdən keçəcək - Paşinyan

İlham Əliyev və xanımı Buxarada səfərdədir - Video

İlham Əliyev Zelenskini təbrik etdi

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla