Yuxarı

Şəhid övladları üçün “Zəfər” yay düşərgəsi keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhid övladları üçün “Zəfər” yay düşərgəsi keçirildi

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Elm və Təhsil Nazirliyinin “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində şəhid övladları üçün “Zəfər” yay düşərgəsi keçirilib.

Axar.az xəbər verir ki, 21–24 avqust tarixlərində Şamaxı rayonunda yerləşən Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində keçirilən düşərgəyə Azərbaycanın müxtəlif bölgələrində yaşayan 12-16 yaş arası 30 məktəbli şəhid övladı cəlb olunub. Düşərgə gələcəyin liderlərinin yetişdiyi zəngin bir inkişaf platforması kimi qapılarını iştirakçıların üzünə açıb. Düşərgənin əsas məqsədi şəhid övladlarının innovativ düşüncə tərzinin, rəqəmsal bacarıqlarının və liderlik keyfiyyətlərinin inkişafına dəstək olmaq, eləcə də onların yay tətilini səmərəli təşkil etməkdir. Layihə çərçivəsində iştirakçılar təcrübəli mütəxəssislərin təlimlərində yer alaraq komanda işi, liderlik və rəqəmsal bacarıqlarını inkişaf etdiriblər. Eyni zamanda, məktəblilər üçün intellektual oyunlar, idman yarışları, əyləncəli proqramlar və innovasiya sahəsində uğur qazanmış tanınmış şəxslərlə motivasiya görüşləri keçirilib.

Layihənin bağlanış mərasimində millət vəkilləri Ceyhun Məmmədov, Mehriban Vəliyeva, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova çıxış edərək layihənin əhəmiyyətindən, gənc nəslin rəqəmsal bacarıqlara yiyələnməsinin və liderlik keyfiyyətlərinin formalaşmasının vacibliyindən, uşaqların yay tətilini səmərəli və faydalı keçirmələri üçün yaradılan şəraitdən danışıb, bu cür təşəbbüslərin gənclərin inkişafındakı əvəzsiz rolunu vurğulayıb, şəhid övladlarının hər zaman diqqət mərkəzində olduğunu qeyd ediblər.

Bağlanış mərasimi şəhid övladlarından ibarət “Qəhrəman övladıyıq” adlı xor qrupunun ifasında səslənən vətənpərvərlik və zəfər ruhlu mahnılarla davam edib.

Mərasimin sonunda düşərgədə iştirak edən şəhid övladlarına sertifikatlar və hədiyyələr təqdim olunub.

Sonda isə xatirə fotosu çəkilib.

Tarix
2026.08.24 / 14:30
Müəllif
Axar.az
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla