Yuxarı

Ali məktəbə qəbul olanların sayı açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ali məktəbə qəbul olanların sayı açıqlandı

18:36

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb.

Bu barədə Axar.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, iştirakçılar müsabiqənin nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

***

Bu il 58 947 nəfər ali məktəblərə qəbul olunub.

Bu barədə Axar.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı Mərkəzin internet saytından, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki "7 rəqəmli kod"u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Hər bir abituriyentə dim.gov.az saytında müsabiqə nəticələrinə dair arayışla tanış olmaq tövsiyə olunub. Burada müvafiq sütunlarda abituriyentin ərizəsində qeyd etdiyi ixtisasın kodu və adı, həmin ixtisas üzrə minimal keçid balı, həmin ixtisas koduna aid dövlət sifarişi üzrə minimal keçid balı və dövlət sifarişi üzrə bütün ali təhsil müəssisələrinin eyni adlı ixtisasları üzrə minimal keçid balı, sonda isə müsabiqə nəticəsi qeyd olunub. Yəni burada hansı əsasla abituriyent qəbul olunub və ya müsabiqədən keçməyib məsələsi öz əksini tapıb.

Bildirilib ki, qəbul olunanların ali təhsil müəssisələri üzrə qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçirilir. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti "mygov" platformasında istifadəyə verilib. Qeydiyyat avqustun 28-dən 8 sentyabr saat 18:00-dək davam edəcək.

Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın "Xidmətlər" bölməsinin "Qurumlar" kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı" xidmətinə keçid etməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Ali təhsil müəssisələrinin müsabiqəsində 87 146 nəfər iştirak edib. Onlardan 58 947 nəfəri (o cümlədən 4215 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 28 108 (o cümlədən 1145 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 317 (o cümlədən 58 subbakalavr) nəfər dövlət hesablı əsasında, 30 522 (o cümlədən 3012 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

İxtisas qrupları üzrə qəbulun statistikası ilə aşağıdakı cədvəldə tanış olmaq mümkündür:

İxtisas

qrupu

Qəbul olunanlar ( o cümlədən subbakalavrlar)

Ödənişli

Dövlət sifarişi əsasında

Dövlət hesablı əsasında

Cəmi

I

4309 (418)

14689 (777)

179 (2)

19177 (1197)

II

11301 (2319)

4223 (0)

0 (0)

15524 (2319)

III

11030 (0)

4224 (0)

78 (0)

15332 (0)

IV

1064 (250)

3497 (321)

60 (56)

4621 (627)

V

2818 (25)

1475 (47)

0 (0)

4293 (72)

CƏMİ

30522 (3012)

28108 (1145)

317 (58)

58947 (4215)

Qeyd edilib ki, bu il 3 nəfər beynəlxalq fənn olimpiadası, 103 nəfər respublika fənn olimpiadası, 63 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı (IB) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.

Bundan əlavə, SAT imtahanının nəticələrinə əsasən və ADA məktəbinin məzunu kimi, ümumilikdə 520 abituriyent ADA Universitetinə qəbul olunub.

98 nəfər isə idman istiqaməti üzrə müvafiq ixtisaslara qəbul olunub.

Həmçinin 185 abituriyent (I və IV ixtisas qrupları üzrə) Azərbaycan – Fransız Universitetinə (UFAZ), 104 abituriyent Bakı Mühəndislik Universitetinə (Koreya Respublikasının İNHA Universiteti ilə birgə proqramı üzrə), IV ixtisas qrupu üzrə 125 abituriyent İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, 17 abituriyent (I-IV ixtisas qrupları üzrə) M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunub.

Ali təhsil müəssisələrinə qəbul olunanların siyahısı "Abituriyent" jurnalının 6-cı sayında elektron formada təqdim olunacaq. Abituriyentlər jurnalı avqustun 25-də günün ikinci yarısından etibarən "pdf" formada abiturient.az saytından əldə edə biləcəklər.

Yaxın günlərdə dərc olunacaq "Abituriyent" jurnalının 7-ci sayında isə müsabiqədə iştirak edən, lakin ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin imtahan ballarının paylanması haqqında geniş məlumat təqdim olunacaq. Jurnalda ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı da veriləcək.

Həmin yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları "Abituriyent" jurnalının 5-ci sayında dərc olunub.

Tarix
2026.08.24 / 19:07
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

TRİPP dəmir yolu bu ərazilərdən keçəcək - Paşinyan

İlham Əliyev və xanımı Buxarada səfərdədir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla