Yuxarı

Bakıya dolu düşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıya dolu düşdü

Sentyabrın 1-i saat 10:00-a olan məlumata əsasən, Azərbaycanın bəzi yerlərində qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, şimşək çaxıb, bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında 18-22 mm yağıntı qeydə alınıb ki, bu da aylıq normanın 300-524 %-ni təşkil edib. Saat 20:35 və 21:50 radələrində şəhərətrafı ərazilərdə intensiv leysan yağışla bərabər xırda dənəli dolu müşahidə olunub.

Rayonlarda düşən yağıntının miqdarı Şahdağda 51 (aylıq normanın 151 %-i), Qusarda 28 (aylıq normanın 83 %-i), Qəbələdə 18, Xızı, Xaltan, Şabranda 14, Qrızda 13, Xınalıq, Ağstafada 10, Lerik, Oğuzda 8, Zaqatala, Qax, Şəki, Balakəndə 7, Qobustanda 5, Qubada 4, Lənkəran, Astara, Yardımlıda 3, Göyçay, İmişli, Sabirabad, Biləsuvar, Daşkəsəndə 2, Şamaxı, Xaçmaz, Şirvan, Mingəçevir, Yevlax, Zərdab, Kürdəmir, Salyan, Ağdam, Tovuz, Gədəbəy, Kəlbəcər, Laçın, Qubadlı, Şuşada 1 mm-dək qeydə alınıb.

Bəzi yerlərdə külək əsib. Şimal-qərb küləyinin maksimal sürəti Neftçalada 20, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şirvanda 18, Culfada 17 m/s-yə çatıb.

Tarix
2026.09.01 / 10:41
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla