Yuxarı

4 min illik xəstəlik baş qaldırdı: Azərbaycanda da var...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
4 min illik xəstəlik baş qaldırdı: Azərbaycanda da var...

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlıq yaradıb.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, Florida Səhiyyə Departamentinin məlumatlarına görə, 2025-ci ildə ştatda 39 cüzam halı qeydə alınıb.

2026-cı ildə isə indiyədək daha 19 yeni hal aşkarlanıb.

Cüzam Mycobacterium leprae bakteriyasının törətdiyi xroniki infeksion xəstəlikdir. Əsasən dəri, periferik sinirlər və selikli qişaları zədələyir. Minilliklərdir insanlara məlum olan bu xəstəlik müasir dövrdə də tamamilə yox olmayıb.

Bununla belə, cüzam qrip və ya COVİD-19 kimi asanlıqla yayılan xəstəlik deyil. Mütəxəssislərin məlumatına görə, insanların böyük əksəriyyətində xəstəliyə qarşı təbii müqavimət var. Yoluxma üçün adətən müalicə almayan xəstə ilə uzunmüddətli və yaxın təmas tələb olunur. Müasir antibiotik müalicəsi ilə xəstəliyi sağaltmaq mümkündür.

Bəs Azərbaycanda vəziyyət necədir?

Azərbaycanda cüzam olduqca nadir rast gəlinən xəstəliklər sırasındadır. Rəsmi statistikada son illərdə ölkədə cüzam diaqnozu ilə qeydiyyatda olan şəxslərin sayının təxminən 10 nəfər ətrafında olduğu göstərilib. Bu rəqəm hər il 10 nəfərin cüzama yeni yoluxması demək deyil – söhbət həmin dövrdə cüzam diaqnozu ilə tibbi qeydiyyatda olan xəstələrdən gedir.

Səhiyyə Nazirliyinin daha əvvəl açıqladığı məlumatda isə ölkədə ümumilikdə 15 cüzam xəstəsinin olduğu bildirilmişdi. Müxtəlif rəqəmlərin göstərilməsi məlumatların ayrı-ayrı dövrlərə aid olması və statistik göstəricilərin fərqli meyarlarla – qeydiyyatda olan və tibbi nəzarətdə saxlanılan xəstələr üzrə təqdim edilməsi ilə bağlıdır.

Müqayisə üçün, 1990-cı ildə Azərbaycanda cüzam xəstələrinin sayı 80 nəfər olub. Sonrakı onilliklərdə xəstəliyin yayılması kəskin şəkildə azalıb.

Azərbaycanda cüzam xəstələrinin müalicəsi və nəzarəti üçün ayrıca ixtisaslaşmış tibb müəssisəsi – Respublika Leproz (Cüzam) Xəstəxanası fəaliyyət göstərir. Xəstələr və onlarla yaxın təmasda olmuş şəxslər tibbi nəzarətdə saxlanılır.

Tarix
2026.09.02 / 10:15
Müəllif
Axar.az
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla