Yuxarı

Koroğlu körpüsündə qəzadan qalan təhlükə... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koroğlu körpüsündə qəzadan qalan təhlükə... - Video

İyulun 2-də Sabunçu rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Koroğlu körpüsündə yolun kənar hissəsinə ziyan dəyib.

Bu barədə Axar.az-a şəhər sakinlərindən şikayət daxil olub.

“Hadisədən təxminən 2 ay keçməsinə baxmayaraq, ərazidə bərpa və təmir işlərinə başlanılmayıb. Körpünün zədələnmiş hissəsi hələ də əvvəlki vəziyyətində qalır və bu da sürücülər üçün əlavə risk yaradır”, - şikayətdə qeyd olunub.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Anar Nəcəfli saytımıza açıqlamasında bildirib ki, yaxın günlərdə bərpa işləri aparılacaq:

“Qeyd olunan ərazidə zədələnmiş metal yol təhlükəsizlik elementlərinin vəziyyəti Agentliyin aidiyyəti struktur bölmələri tərəfindən nəzərdən keçirilib. Hazırda avtomobil yollarının müxtəlif hissələrində bu tip elementlərin təmiri və bərpası istiqamətində mərhələli işlər həyata keçirilir.

Sözügedən yol sahəsində də zəruri bərpa işlərinin yaxın müddətdə icrası nəzərdə tutulur. İşlər mövcud texniki vəziyyət və prioritetlik nəzərə alınmaqla mərhələli şəkildə həyata keçirilir”.

Tarix
2026.09.03 / 13:48
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla