Yuxarı

Metrodakı aksiyanın təfərrüatı məlum oldu – Şok

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ticarətçilərin Bakı Metroliteninə hücumunun təfərrüatı məlum olub. Söküləcək obyektlərin əksəriyyəti keçmiş rəis Tağı Əhmədovun qohumlarına məxsusdur.

Bununla bağlı "Axar.az"a Metropolitendə işləyən mənbə məlumat verib.

Onun sözlərinə görə, metro keçidlərində çalışan ticarətçi qohumlar bu günəcən işlətdikləri obyektlərin müqabilində dövlətə vergi ödəməyiblər. Məhz bu səbəbdən yeni rəhbərlik bütün obyektlərin sökülməsinə qərar verib.

Mənbə eyni zamanda qeyd edib ki, rəhbərlik ticarət obyektlərinin işlədilməsi ilə bağlı yeni qiymət müəyyənləşdirdikdən sonra Metropolitendə ticarət bərpa olunacaq.

Bundan başqa, yeni rəhbərliyin Metropoliten idarəsində Tağı Əhmədovun kadrlarını vurduğu da bildirilib. Hələ T.Əhmədov vəzifəsindən uzaqlaşdırılandan 1 gün əvvəl onun yaxın adamı hesab olunan baş mühəndis Fuad Tağızadə işdən çıxarılıb.

Amma Əhmədovun qaynı, 1-ci müavin Arif Rəsulov "yaxşı kadr olduğu üçün" hələ öz vəzifəsində saxlanılıb.

Xatırladaq ki, hazırda Bakı Metropolitenin qarşısında obyektləri sökülən narazı ticarətçilərin aksiyası keçirilir.

Tarix
2014.03.11 / 12:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla