Yuxarı

"BakuBus"dan daha bir yenilik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"BakuBus"dan daha bir yenilik

"BakuBus" avtobuslarında daha bir yenilik tətbiq olunub.

Azərtac xəbər verir ki, bu barədə BakuBus MMC-nin mətbuat xidmətinin rəhbəri Mənsur Piriyev deyib.

O bildirib ki, avtobusların salonunda daha sivil mühitin formalaşması, sərnişinlərin maarifləndirilməsi və sərnişindaşıma fəaliyyətini daha səmərəli təşkil etmək məqsədilə "BakuBus" avtobuslarının salonunda mütəmadi olaraq sərnişinlər üçün təhlükəsizlik və davranış qaydalarının səsləndirilməsinə başlanılıb.

M.Piriyevin sözlərinə görə gün ərzində "BakuBus" avtobuslarında səsləndirilən məlumatlarda paytaxt sakinləri və şəhərimizin qonaqları əsasən ictimai nəqliyyatdan təhlükəsiz istifadə qaydaları barədə məlumatlandırılır. Belə ki, ardıcıl olaraq təhlükəsiz şəkildə sərnişinlərin dayanacağa yaxınlaşması, avtobusa daxil olması, yolboyu avtobusun içərisində digər sərnişin və sürücülərlə münasibəti, avtobusda olarkən texniki təhlükəsizlik və nəzakət qaydaları sərnişinlərin diqqətinə davamlı olaraq çatdırılacaq.

"Hesab edirik ki, qanunvericilikdə nəzərdə tutulan müddəalara və beynəlxalq standartlara uyğun olaraq hazırlanmış sərnişinlər üçün təhlükəsizlik və davranış qaydalarını ictimai nəqliyyatdan istifadə edən hər kəsin bilməsi sərnişindaşıma fəaliyyətinin yüksək səviyyədə təşkil olunması üçün böyük əhəmiyyət daşıyacaq. Eyni zamanda sərnişinlər mənzil başına çatdıqdan sonra avtobusdan təhlükəsiz enib yolu necə keçmək və digər məlumatlarla tanış olacaqlar. Ümid edirik ki, mütəmadi şəkildə səsləndiriləcək bu qaydalar sərnişin-sürücü və sərnişinlərin bir-biri ilə münasibətlərinə öz müsbət töhfəsini verməklə yanaşı avtobusların salonuna yeni ab-hava gətirəcək və daha sivil mühitin formalaşmasına şərait yaradacaq. "BakuBus" sərnişindaşımada ən müasir standartların tətbiqini gələcəkdə də davam etdirəcək", -deyə M.Piriyev vurğulayıb.

Tarix
2016.10.17 / 17:05
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla