Yuxarı

Bu avtobusların hərəkət istiqaməti dəyişdirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu avtobusların hərəkət istiqaməti dəyişdirildi - Foto

Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən 29 və 53 nömrəli müntəzəm şəhərdaxili marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edilib.

Axar.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

O bildirib ki, optimallaşdırma tədbirləri çərçivəsində marşrut xətlərinin bir-birini təkrarlaması kimi hallar müəyyən edilərək aradan qaldırılır. Bu paytaxtın ictimai nəqliyyat şəbəkəsinin müasir tələblər səviyyəsində qurulması, küçə və prospektlərdə, xüsusən də günün pik saatlarında müşahidə edilən tıxacların qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir. Optimallaşdırma prosesində marşrut xətlərinin seçimi və trayektoriyasının müəyyənləşdirilməsi Bakı Nəqliyyat Agentliyinin xüsusi ekspert qrupunun təhlillərinə əsasən müəyyən edilir. Təhlillər zamanı sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq sərnişindaşımada istifadə edilən avtobusların daxili və xarici tərtibatları müasir standartlara cavab verən, texniki baxımdan vəziyyəti saz olan, xüsusən də vahid nağdsız ödəniş sisteminə keçən marşrut xətt daşıyıcılarına əsas üstünlük verilir.

N.Allahyarovanın sözlərinə görə, dəyişikliyə əsasən bundan sonra 29 saylı marşrut üzrə hərəkət edən avtobuslar metronun "Memar Əcəmi" stansiyası və 3-cü mikrorayon dairəsi yaxınlığındakı dayanacaqlardan keçməyəcək. 53 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslar isə Dövlət Bayrağı Meydanından metronun "Elmlər Akademiyası" stansiyasınadək hərəkət edəcək. Bu marşrut üzrə avtobusların əvvəllər olduğu kimi Şərifzadə küçəsindən keçməklə Alatava yaşayış sahəsinə gediş-gəlişi Bakı Nəqliyyat Agentliyi tərəfindən qadağan edilib.

Tarix
2016.10.21 / 23:58
Müəllif
Axar.az
Digər xəbərlər

İranın AzTV-ni “düşmən” saymasının cavabı...

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni cinayətkarların məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla