Yuxarı

Kəsdiyi başı oynadırmış – Zərdabda dəhşətli qətl

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəsdiyi başı oynadırmış – Zərdabda dəhşətli qətl

Zərdab rayonu Yarməmmədbağı kəndində baş verən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.

Axar.az xəbər verir ki, 23 yaşlı həyat yoldaşı Rüxsanə Astanovanın başını kəsən Aqşin Astanov hadisəni qısqanclıq zəminində törədib.

Mərhumun qohumlarının sözlərinə görə, rayon ərazisində şəxsi təsərrüfatların birində çobanlıq edən A.Astanov son vaxtlar ailənin qayğılarına biganə yanaşıb. Ehtiyac içərisində olan ailəyə qonşular kömək edirmiş.

Bunu eşidən Aqşin Astanov gecə saatlarında evə gələrək, 3 azyaşlı övladının gözu önündə həyat yoldaşına balta ilə zərbə endirib, ölmədiyini görüncə başını bədənindən ayırıb.

Mərhumun qohumu Sahib Məcnunovun sözlərinə görə, kənd camaatı qadının başını həyat yoldaşının əlində görüb:

"Başı kəsəndən sonra əlində fırladırmış. Camaat görüb ki, əlində baş var. Uşaqlarda qorxudan harasa qaçıblar. Sonra gəlib tutublar".

Mərhumun anası Gülnarə Məcnunova A.Astanovun psixoloji problemlərinin olduğunu deyib:

"Başı çatmır, dəlidir. Mən nə bilim axı? Dəli olduğunu bilsəydim, ona qız verməzdim".

Qeyd edək ki, 33 yaşlı Aqşin Astanov bundan öncə iki dəfə ailə həyatı qurub. Onun sonuncu nikahdan 3 uşağı var.

Faktla bağlı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Tarix
2016.10.24 / 17:06
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla