Yuxarı

Xəstənin ölməsində təqsirli bilinən həkimə hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəstənin ölməsində təqsirli bilinən həkimə hökm oxundu

Bərdədə doğuşdan 3 gün sonra aparılan cərrahiyyə əməliyyatının nəticəsində vəfat edən qadının ölümündə təqsirləndirilən rayon Mərkəzi Xəstəxanasının ümumi cərrahı Zaur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az APA-ya istinadla xəbər verir ki, Bərdə Rayon Məhkəməsində hakim Ziya Abdullayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən həkim 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Qeyd edək ki, hadisə 2023-cü ildə Bərdə rayonunda baş verib. 1999-cu il təvəllüdlü Nəsibə Əlizadə Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində uşaq dünyaya gətirib. Evə buraxılan qadının səhhəti pisləşib və o, yenidən xəstəxanaya müraciət edib. Müayinələrdən sonra əməliyyata götürülən N.Əlizədənin əməliyyatdan sonra vəziyyəti ağırlaşıb və onun həyatını xilas etmək mümkün olmayıb.

Ölüm faktı ilə bağlı cinayət işi başlanıb. Həkimə Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddə ilə ittiham irəli sürülüb. Məhkəmə istintaqı zamanı isə bu, Cinayət Məcəlləsinin 142.4-cü (Tibbi xidmətin göstərilməsi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.

Məlumata görə, Z.Əliyev bundan əvvəl Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinib, qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib, məhkumluğu ödənilib.

Tarix
2026.10.09 / 14:56
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla