Yuxarı

Rayonlarda əməliyyat: 119 tüfəng, 415 patron

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Ağgöl Milli Parkında qanunsuz ov edən əcnəbilər saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, bu ilin 10 ayı ərzində "Ovçuluq haqqında" və "Heyvanat aləminin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanunlarının tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə respublika ərazisində çöl quşlarının və heyvanların qanunsuz ovlanması və satılması hallarının qarşısını almaq məqsədilə reydlər keçirilib.

Reydlər zamanı qanunsuz ovla məşğul olan 137 yerli vətəndaş saxlanılıb, onlardan 119 ov tüfəngi, 415 patron, 17 baş qanunsuz ovlanmış quş götürülüb. Eyni zamanda Beyləqan, İmişli, Hacıqabul, Biləsuvar, Xızı, Xaçmaz və Quba inzibati rayonlarının ərazisində və Ağgöl Milli Parkında qadağan olunmuş alətlərlə (tələ, cələ, ilgək) qanunsuz ov edən 16 əcnəbi (Birləşmiş Ərəb Əmirliklərinin, Türkiyə, Pakistan, İraq və Suriya Respublikaları) vətəndaş saxlanılıb və onlardan ov məqsədilə istifadə etdikləri quşlar götürülərək təbiətə buraxılıb.

İnzibati xəta törətmiş qanun pozucuları barəsində protokol tərtib olunaraq, ümumilikdə 144 nəfər inzibati qaydada 162600 manat məbləğində cərimə edilib. Sənəd təqdim etməyən 9 təqsirkar şəxs barəsində isə tədbir görülməsi, şəxsiyyətlərinin müəyyənləşdirilərək qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə aidiyyəti Rayon Polis Şöbələrinə müraciət olunub.

Qanunsuz ov edən xarici vətəndaşların ölkə ərazisindən çıxarılması ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə məktub göndərilib.

Hazırda ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

Tarix
2016.10.26 / 10:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla