"Sumqayıt"dan əzmkar qələbə
21:12
| Ana səhifə Toplum |
|
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda saxlanılan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmətdə olan əsgəri Nəsimi Musayevə baş çəkməyib.
Axar.az xəbər verir ki, bu barədə komitənin Ermənistan nümayəndəliyinin sözçüsü Zara Amatuni məlumat yayıb.
O bildirib ki, məsələ ilə bağlı Ermənistan hakimiyyəti ilə dialoq aparılır.
Qeyd edək ki, Nəsimi Musayevin sentyabrın 26-da Laçın rayonu istiqamətində xidmət yerində olmaması müəyyən edildikdən sonra onun axtarışına başlanılıb. Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb.
Oktyabrın 1-də Nəsimi Musayev Ermənistanın Zəngəzur vilayətinin Şəki kəndində saxlanılıb. Ermənistan məhkəməsi istintaq altında olan əsgər barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.
|
Tarix
2026.10.16 / 20:29
|
Müəllif
Axar.az
|