Yuxarı

Millət vəkili xəstəxanada jurnalisti ziyarət etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva jurnalist Zabil Müqabiloğlunu xəstəxanada ziyarət edib.

Bu barədə məlumatı jurnalist Jalə Mütəllimova özünün Feysbuk səhifəsində yayıb.

Axar.az Musavat.com-a istinadla J.Mütəllimovanın statusunu təqdim edir: "Qənirə Paşayeva ilə Zabilə baş çəkdik. Sabah səhər birinci əməliyyata girəcək. İnşallah ki, nəticə yaxşı olar. Dualarınızı əsirgəməyin. Millət vəkili yox, həmkar Qənirəyə əməliyyatın sürətləndirilməsi işinə görə çox sağ ol deyirəm..."

Qənirə Paşayeva deyib ki, Səhiyyə Nazirliyinin və Tibb Universiteti rəhbərliyinin təşəbbüsü ilə jurnalist üzərində çətin əməliyyat ən yaxşı həkimlərə həvalə olunub və təmənnasız aparılacaq.

Qeyd edək ki, Z.Müqabiloğlu noyabrın 7-də səhər saatlarında kəskin daxili qanaxma ilə 1 saylı Kliniki Xəstəxanaya çatdırılıb. Onun qaraciyərinin fəaliyyətində problem yarandığı üçün qida borusunda damar partladığı məlum olub. İlkin diaqnoz müəyyən edilərkən onun qaraciyərinin sıradan çıxdığı və dəyişdilməli olduğu bildirilib.

Tarix
2016.11.09 / 22:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla