Yuxarı

Novruzda havalar necə olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Novruzda havalar necə olacaq?

Novruz bayramı günlərində Azərbaycan ərazisində gözlənilən ilkin hava proqnozu açıqlanıb.

"Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva açıqlamasında deyib ki, bayram günlərində ölkə ərazisində dəyişkən buludlu, əsasən yağmursuz hava şəraitinin üstünlüyü gözlənilir. Bu günlərində bir qədər küləkli hava şəraiti müşahidə olunacaq.

U.Tağıyevanın sözlərinə görə, yaxın 3-4 gün ərzində Bakıda və Abşeron yarımadasında daha çox küləkli hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Martın 16-da və 17-də arabir güclənən cənub küləyi müşahidə olunacaq. Buna baxmayaraq martın 18-dək havanın temperaturu günü-gündən artacaq.

Martın 17-dən 18-nə keçən gecə şimal küləyinin qısa müddətə güclənməsi gözlənilir və nəticədə martın 18-də havanın temperaturu ötən günlərlə müqayisədə aşağı enəcək. Paytaxda havanın temperaturu 10-12 dərəcədən yuxarı olmayacaq.

Martın 19-da, 20-də və 21-də isə tez-tez bir-birini əvəz edən şimal və cənub küləkləri əsəcək, arabir güclənəcək. Martın 19-dan 22-dək havanın temperaturu günü-gündən mülayimləşəcək və bir qədər yüksələcək.

U.Tağıyeva qeyd edib ki, bayrama kimi hava proqnozu barədə proqnozlar yenilənəcək və dəqiqləşmələr ictimaiyyətə yenidən təqdim olunacaq: "Hansısa dəyişiklik olsa bu barədə növbəti proqnozlarda əks olunacaq".

Tarix
2014.03.14 / 16:29
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

Prezident Estoniya səfirini qəbul etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla