Yuxarı

“Bakı Taksi”dən bəd xəbər: Müqavilələr dayandırılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı Taksi" MMC-də "London taksi" şirkəti ilə tərəfdaşlıq çərçivəsində müasir tədris proqramı üzrə treninq mərkəzi fəaliyyətə başlayıb.

Bunu AzNews.az-a açıqlamasında "Baku Taxi Company"ni şirkətinin icraçı direktoru Vüqar İbrahimov bildirib. Onun sözlərinə görə, kurslara MMC-nin rəhbər şəxsləri, bələdçilər, avto dəstə rəisləri cəlb edilib.

V. İbrahimov deyib ki, bundan sonrakı mərhələdə taksi sürücüləri bu treninqlərə cəlb olunacaq: "Kursların müddəti 6 aydır. Hər bir sürücü iki günlük proqram əsasında treninqə cəlb olunacaq. Sonda isə imtahan keçiriləcək və tələblərə cavab verməyən sürücülərlə əməkdaşlıq dayandırılacaq".

O əlavə edib ki, treninqlərdə sürücülük qabiliyyəti, xidmət mədəniyyəti, sərnişinlə davranış, sürücülərin ünsiyyət vasitəsi olan dil əngəlini aşmaları üçün təlimlər keçiriləcək. İcraçı direktor təmsil etdiyi şirkətdə sürücü kimi çalışmaq istəyən şəxslərə də müraciət edib: "Kurslarda istənilən şəxsin ödəniş etmədən iştirak etmək şansı da var. İmtahandan keçə bilən sürücülərlə əməkdaşlıq müqaviləsi bağlanacaq".

V. İbrahimov onu da əlavə edib ki, taksilərdə bütün sürücülər xüsusi geyimlə təmin olunacaq.

Tarix
2014.03.15 / 13:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla görüşdü

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla