Yuxarı

İlaxır çərşənbədə hava necə olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı və Abşeron yarımadasında martın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Axar.az"a verilən məlumata görə, güclü şimal-qərb küləyinin günün birinci yarısında mülayimləşəcəyi, günün ikinci yarısında isə güclü cənub küləyi ilə əvəz olunacağı ehtimal olunur.

Havanın temperaturunun gecə 4-9, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 18-də hava şəraitinin bəzi cənub və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 15-20, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, güclü cənub-qərb və şimal-qərb küləklərinin tez-tez bir-birini əvəz edəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Tarix
2014.03.17 / 13:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla