Yuxarı

Rayonlara gediş haqqı artırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayram günlərində bölgələrə gedən taksi və avtobuslarda gediş haqqında artım müşahidə olunur.

Məlumata görə, buna səbəb isə bayramla əlaqədar bölgələrə getmək istəyən sərnişinlərin sayının artması və ən əsası isə bunun müqabilində xəttə əlavə avtobusların buraxılmamasıdır. Sərnişinlərlə söhbət zamanı onlar bildiriblər ki, həmişə olduğu kimi bu dəfə də bayram günlərində bölgələrə getmək üçün avtobus tapmaq işi çətinləşib: "Məcburiyyət qarşısında qalaraq, saatlarla avtobus gözləyirik. Yaxud da taksi ilə mənzil başına gedirik".

Müşahidələrimiz zamanı bəlli oldu ki, cənub bölgəsinə - Bakıdan Lənkərana taksi ilə getmək üçün sərnişinlər adi günlərdə 10 manat ödədikləri halda, bayram günlərində həmin yolu 15-20 manata qət etmək məcburiyyətində qalırlar. Qiymət artımını əsaslandırmağa çalışan sürücülər isə deyiblər ki, hazırda Bakıdan bölgələrə daha çox sərnişin gedir. Rayondan paytaxt istiqamətinə isə sərnişin tapmaq mümkün deyil. Bu səbəbdən də Bakıdan bölgələrə gediş haqqını artırmağa məcburdurlar ("AzNews.az").

Tarix
2014.03.19 / 11:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla