Yuxarı

Ucar qəzası ilə bağlı FHN məlumat yaydı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:00

Bakı-Qazax avtomobil yolunda ağır yol qəzası baş verib.

"Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün saat 14:30 radələrində magistralın Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Yanacaq daşıyan yük maşını "Mercedes" markalı və daha bir neçə minik maşını ilə toqquşub, daha sonra idarəetməni itirərək aşıb. Nəticədə, bir nəfər ölüb, bir neçə sərnişin ağır xəsarət alıb.

Yanacaq daşıyan maşın yolun hərəkət hissəsinə aşdığından yolda nəqliyyatın hərəkəti məhdudlaşıb və yanacaq dağılıb.

Hazırda baş verə biləcək partlayış və yanğın təhlükəsini nəzərə alaraq orada olan şəxslər ərazidən uzaqlaşdırılır.

20:00

Bu gün günorta saatlarında Ucar ərazisində yanacaq daşıyan maşının aşması nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, 5 nəfər isə ağır bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilindən FHN-in xilasediciləri meyiti xüsusi alətlərin köməyi ilə çıxarıblar.

Xəstəxanadan verilən məlumata görə, yaralılar 99-EF-293 dövlət nömrə nişanlı "Mercedes"in sürücüsi Tahir Əliyev, həmçinin Bakı şəhər sakinləri 41 yaşlı Məharət Məmmədova, 50 yaşlı Lətafət Əliyeva, 18 yaşlı Orxan Qocayev, 62 yaşlı Rəqiyyə Muradovadır. Həkimlər yaralılardan ikisinin vəziyyətini ağır, digər üç nəfərin isə orta ağır kimi qiymətləndirir. Hadisə yerində ölənin şəxsiyyəti hələ müəyyənləşdirilməyib, onun T.Əliyevin idarə etdiyi avtomobildə olduğu bildirilir.

00:32

Ucar rayonu, Mürsülü kəndində (rayon mərkəzindən 25 km aralı) minik avtomobilləri ilə yük avtomobilinin toqquşması nəticəsində yol qəza hadisəsi baş verib.

"Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, müvafiq xilaetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində "Mercedes" markalı minik avtomobilində sərnişin 1961-ci il təvəllüdlü Həqiqət Şükür qızı Cabbarovanın cəsədi sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildən H.Cabbarovanın cəsədini çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 15:10-da başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Tarix
2014.03.26 / 00:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla