Yuxarı

Din xadimlərinin spirtli içki içməsi... - Qurbanlı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər başına papaq qoyan və əlində “Quran” tutan adam din xadimi deyil.

Report xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Fitnə” filminin nümayişi zamanı tələbələrdən birinin sualını cavablandırarkən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O, tələbənin “bəzi mollalar səhər hüzr yerinə gedir, axşam isə spirtli içki içir, bu, nə qədər düzgündür?” sualına cavabında həmin şəxslərə Dövlət Komitəsi tərəfindən cəza nəzərdə tutulmadığını deyib.

“Din xadimi o şəxs sayılır ki, o, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının imtahanından keçərək müvafiq titul və xüsusi vəsiqə alır. Azərbaycanda belə vəsiqə alan din xadimlərinin sayı 600-dən yuxarı deyil. Rayonlarda dini ayinləri oxuyanların bəziləri inanmıram ki, rəsmi təyinatlı imam və ya axunddurlar. Eyni zamanda, din xadimlərinin ayrıca paltarları da olur. Əgər kimsə başqa məqsədlər üçün bu sahə ilə məşğuldursa, onun cəzası Allah qarşısında olacaq” - M.Qurbanlı bildirib.

Tarix
2016.12.05 / 15:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla