Yuxarı

Qadın hara, meyxana hara? - Sorğu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meyxana həmişə diqqətdə olub. Bədahətən deyilən söz, mətndəki sarkazım, çeviklik dinləyici tərəfindən maraqla qarşılanıb. Vaxtı ilə qadağalarla müşahidə olunan şifahi ağız ədəbiyyatının bu janrına diqqət getdikcə artır. Hətta artıq qadın meyxanaçılar da ekranlarda görünür, kişilərlə çiyin-çiyinə meyxana deyir, deyişirlər.

Görəsən qadınların meyxana söyləməsi cəmiyyətdə necə qarşılanır?

"Axar.az" olaraq bu mövzuda tanınmışlara müraciət etdik.

Qadın hara meyxana hara?

Telejurnalist Rəşad Kəsəmənlinin sorğuya cavabı kəskin oldu: "Bir şeyin ki adı meylə başlayır, qadının orda nə işi? Elə bircə qadının çırtma çalıb, meyxana deməyi çatmırdı. Meyxana qadına yaraşmır".

Qadın İncəsənətin təmsilçisi ola bilər

Müğənni Qismət Məmmədzadə də sorğumuzu cavablandırarkən meyxananı sevmədiyini, bu janrın qadınlara, onların incəliyinə yaraşmadığını qeyd etdi:

"Qadınlar zərif sənətin, incə sənətin təmsilçisi ola bilər, daha meyxana demək onlarlıq deyil".

Namiqi ilk dəfə AzTV-yə mən çıxartdım

Şair Vüqar Əhməd vaxtilə bir sıra meyxanaçılar ilə dost olduğunu, onlara çox köməklik etdiyini dedi: "Rəhmətlik Nizami Rəmzi, Kəbir Azəri ilə dostluq münasibətlərimiz olub. İndiki meyxanaçılardan Namiq Qaraçuxurlunu, Vüqar Əbdülovu, Namiq Mənanı ilk dəfə Az.TV-yə mən çıxartmışam".

Qadın zərif məxluqdur...

Vüqar Əhməd həmçinin əvvəllər meyxana dinlədiyini, artıq 10 il olar ki, bu janra marağının söndüyünü qeyd etdi. O, qadınların ifasında meyxananı dinləyə bilmədiyini də bildirdi. Şair bunun səbəbini onların zərif məxluq olmaları və qadınların deyişmə zamanı pərt olmalarını görmək istəmədiyi dedi: "Qadın meyxana deyəndə qulaq asa bilmirəm. Qadın zərif məxluqdur, onun ekstaz vəziyyətə düşməyinin şahidi olmaq istəmirəm".

Meyxanaçı Mehman Əhmədlinin fikrincə də, meyxana kişi sənətidir.

İndi belə dəbdir

Müğənni Arzu Rzayev onun fikrinin heç nəyi dəyişmədiyini bildirdi:

"Qadınlar hərtərəfli inkişaf edir, açılır və bununla barışmaq lazımdır. Həm də indi belə dəbdir də..."

Tarix
2014.03.28 / 08:00
Müəllif
Lalə Novruzlu
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla