Yuxarı

Azərbaycanlı qadın 60 yaşlı kişinin meyitini yandırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Marneuli rayonunun Şulaveri kəndində müəmmalı ölüm hadisəsi baş verib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, dünən gecə saatlarında Şulaveridə Balaxanım Qarayevanın kirayənişin olduğu yaşayış binasının qarşısında Dmanisi rayonunun Hamamlı kənd sakini, təxminən 60 yaşlı Qədir Əliyevin meyiti yarı yanmış halda aşkar edilib.

Şulaveri kəndinin icra nümayəndəliyinin əməkdaşı Bakıxan Qələndərovun verdiyi məlumata görə, 30 ildən çoxdur ki, Şulaveri kəndində kirayədə yaşayan, lakin rayonun Sabirkənd kəndində yaşayış qeydiyyatında olan 50 yaşlı Balaxanım Qarayevanın evinə qonaq gələn Qədir Əliyevin gecə saatlarında ürəyi dayanıb: "Sakinlərin dediyinə görə, Qədir Əliyev tez-tez Balaxanım Qarayevanın evinə gələrək orada gecələyərmiş. Dünən gecə isə onun ürəyi dayanıb və Balaxanım Qarayeva Qədir Əliyevin öldüyünü görən kimi qorxusundan onu həyətə çıxarıb və heç kim xəbər tutmasın deyə meyitin üstünə dizel yanacağı tökərək od vurub. Hadisədən xəbər tutan qonşular alovu söndürüblər".

Hadisə yerinə təcili rayon Polis Şöbəsinin əməkdaşları gəlib. Balaxanım Qarayeva saxlanılıb. Meyit müayinə edilmək üçün xəstəxanaya aparılıb.

Marneuli rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər. Məlumata görə, şöbənin əməkdaşları tərəfindən Balaxanım Qarayeva dindirilib. Qadın 60 yaşlı Qədir Əliyevin içkili halda onun evində gecələdiyini və qəflətən ürəyinin dayandığını bildirib. O, meyiti qorxusundan həyətinə çıxarıb yandırdığını deyib.

Hadisə ilə bağlı cinayət işi qaldırılıb, ölümün baş vermə səbəbləri ilə bağlı araşdırma aparılır.

Tarix
2014.03.28 / 14:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla