Yuxarı

İki ailə avtomobil qəzasına düşdü: xəsarət alanlar var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki ailə avtomobil qəzasına düşdü: xəsarət alanlar var

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, iki ailənin düşdüyü qəzada 7 nəfər xəsarət alıb.

Şəmkir rayon sakini, 1962-ci il təvəllüdlü Oruc Vəliyevin idarə etdiyi VAZ -2106 markalı avtomaşın qarşı tərəfdən gələn rayonun Tatarlı kənd sakini, 1989-cu il təvəllüdlü Xaliq İsmayıl oğlu Bayramovun idarə etdiyi VAZ-2105 markalı avtomobillə toqquşub.

Nəticədə VAZ-2106-nın sürücüsü və onun həyat yoldaşı, 1971-ci il təvəllüdlü Səadət Ziyad qızı Vəliyeva, VAZ-2105 markalı avtomaşının sürücüsü, onun qardaşı 1994-cü il təvəllüdlü Xalis İsmayıl oğlu Bayramov, valideynləri İsmayıl Bayramov və Şəfiqə Bayramova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Xəstəxanadan S.Vəliyeva və X.Bayramovun vəziyyətlərinin ağır olduğu bildirilib.

Qeyd edək ki, VAZ -2106 markalı avtomobilin sürücüsü O.Vəliyev hərbçidir.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində (RPŞ) Cinayət Məcəlləsinin 263.1 ( nəqliyyatda bir və daha artıq şəxsin sağlamlığına ağır və az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Tarix
2016.12.13 / 10:11
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla