Yuxarı

FHN əməkdaşları təltif olundu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 15-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində Formula-1 Azərbaycan Qran-prisinin təşkilatçısı olan “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) və FHN tərəfindən tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, görüş bu ilin iyununda Bakıda keçirilən Formula-1 Avropa Qran-prisinin təşkilində FHN tərəfindən iştirak etmiş marşallara təşəkkür sertifikatlarının və lisenziyaların verilməsi məqsədilə təşkil olunub.

Tədbirdə Formula-1 Avropa Qran-prisi zamanı FHN əməkdaşlarının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

BŞH-nin FHN tərəfindən əlaqələndiricisi Cavanşir Həşimov çıxış edərək Formula-1 yarışına hazırlıq prosesində nazirliyin əməkdaşlarının nəzəri və praktiki təlimlərdə yüksək biliklərə yiyələndiklərini bildirib. O, bunun nəticəsində yarış zamanı yanğınsöndürmə və xilasetmə marşalları kimi üzərlərinə düşən işi dəqiq və məsuliyyətlə yerinə yetirdiklərini qeyd edib.

Əməliyyat Şirkətinin idman şöbəsinin rəisi Urfan Tağızadə FHN-in yaradılmasının 11 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib, məsuliyyətli və şərəfli işlərində onlara uğurlar arzulayıb. FHN əməkdaşlarının Formula-1 Avropa Qran-prisində marşal kimi fəaliyyətini yüksək qiymətləndirən U.Tağızadə onların üzərinə düşən vəzifələrin öhdəsindən peşəkarlıqla gəldiklərini vurğulayıb. BŞH təmsilçisi təmsil etdiyi qurumun adından FHN-in əməkdaşlarına təşəkkürünü bildirib.

Digər çıxış edənlər gələn il keçiriləcək Formula-1 Azərbaycan Qran-prisi zamanı da uğurla fəaliyyət göstərəcəklərini diqqətə çatdırıblar.

Sonda Formula-1 Avropa Qran-prisinin təşkilində marşal qismində iştirak etmış FHN əməkdaşlarına “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin təşəkkür sertifikatları və Azərbaycan Avtomobil Federasiyasının lisenziyaları təqdim olunub.

Tarix
2016.12.15 / 22:25
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian şayiələrə son qoydu: Mən fəxr edirəm ki, türkəm!

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla