Yuxarı

Ümrə ziyarətinə gedənlər geri döndü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ümrə ziyarətinə gedənlər geri döndü

Azərbaycandan bu il Ümrə ziyarətinə gedən ilk qrup vətənə qayıdıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev Report-a bildirib ki, Ümrə ziyarətinə gedən 70 nəfərin vəziyyəti yaxşıdır, sağlamlıqlarında heç bir problem yoxdur:

"Hazırda Səudiyyə Ərəbistanında havanın temperaturu 26-30 dərəcə arasında dəyişir. Ziyarətə gedənlər səhhətləri ilə bağlı ciddi problem yaşamayıblar".

Onun sözlərinə görə, Ümrə ziyarətinə növbəti qrupun gələn il yanvarın 7-də getməsi nəzərdə tutulub.

Xatırladaq ki, Ümrə ziyarətinə gedənlərin əksəriyyəti yaşlı insanlar idi. Zəvvarların 60 faizi qadın, 40 faizi kişi olub. Bu ildən Ümrə ziyarətinə gedənlər xidmət səviyyəsindən asılı olaraq 1550, 2250, yaxud 2650 dollar məbləğində vəsait ödəyir.

Tarix
2016.12.23 / 20:52
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla