Yuxarı

Ələtdə aeroport tikilməyəcək - Baş plan

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ələtdə aeroport tikilməyəcək - Baş plan

Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı/Baş plan” layihəsinə yenidən baxılacaq.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 22-də Şəhərsalma və Tikinti Məcəlləsinin ərazi planlaşdırılması üzrə icraat 6-cı fəslindəki prosedurlara müvafiq olaraq Bakı Dövlət Layihə İnistitutu tərəfindən təqdim olunmuş “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı/Baş plan” layihəsinin ilkin ictimai müzakirəsi keçirilib. Tədbirdə müxtəlif dövlət orqanlarının, ictimaiyyətin nümayəndələri işştirak edib. Tədbirin keçirilməsində əsas məqsəd məhz layihə ətrafında fikir mübadiləsinin aparılması və layihə ilə bağlı irad və təkliflərin öyrənilməsi olub.

Müzakirələrin nəticələri əsasında layihəyə dair tövsiyyələr, təklif və iradlar bildirilib. Qeyd olunanlar, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin qeyd olunan iradları qısa müddətdə aradan qaldırılması ilə əlaqədar Bakı Dövlət Layihə İnstitutuna aşağıdakı tapşırıqlar verilib:

- Metro xətləri "Bakı Metropoliteni" QSC-nin 2035-ci ilə olan perspektiv inkişaf konsepsiyasına uyğunlaşdırılması;

- Ələtdə sərnişin hava limanının tikintisi məqsədəuyğun hesab edilmədiyi üçün layihədən çıxarılması;

- Mənzil fondu üzrə rəqəmlərin dəqiqləşdirilməsi;

- Söküntü həcmlərinə yenidən baxılması;

- İqtisadi göstəricilərin dəqiqləşdirilməsi;

- Nəzərdə tutulan mərkəzlər və buradakı əhali saylarının dəqiqləşdirilməsi;

- Qeyd olunanları nəzərə alaraq layihənin təshih olunaraq yenidən təqdim edilməsi.

Tarix
2016.12.24 / 09:16
Müəllif
Axar.az
Digər xəbərlər

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla