Yuxarı

Nazir Oğuzda - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir Oğuzda - Foto

Dekabrın 30-da ədliyyə naziri Fikrət Məmmədov Oğuz rayonunda Oğuz, Qəbələ və Ağdaş rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, qəbuldan əvvəl ədliyyə naziri və Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb. Digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Səfər zamanı ədliyyə naziri yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, hakimlər və ədliyyə işçiləri ilə müşavirə keçirib.

Müşavirədə vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, insanlara daim qayğı və nəzakətlə xidmət göstərilməsi, bu zaman etik davranış qaydalarına ciddi riayət olunması ilə bağlı dövlətimizin başçısının tələbləri diqqətə çatdırılıb, vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin düzgün təşkili və digər tövsiyə və tapşırıqlar verilib.

Eyni zamanda, şəffaflığın, məhkəmə qərarlarının ədalətliliyinin təmin olunmasının vacibliyi, eləcə də qərəzli yanaşmanın yolverilməzliyi, əmək və icra intizamının möhkəmləndirilməsi qeyd olunub, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən mühüm institusional və qanunvericilik tədbirlərindən bəhs edilib.

Nazir, həmçinin respublikamızda məhkəmə infrastrukturunun müasirləşdirilməsi çərçivəsində tikintisi başa çatmaqda olan Qəbələ Rayon Məhkəməsinə baş çəkərək son tamamlama işləri ilə tanış olub, müvafiq tapşırıqlar verib.

Tarix
2016.12.30 / 19:17
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilərin Qarabağa qayıtması riskdir - Paşinyan

Mehdiyevlər İmişli bazarını belə ələ keçirib - Şok detallar

Bu sözümdən sonra Petrosyan imza atmadı, Şuşa alındı...

Qlobal LNG bazarı yenidən bölüşdürülür

Azərbaycana qarşı gizli laboratoriya necə “qurudu”...

Zəfər Andı: Qəhrəmanlıq, vətənpərvərlik, birlik gecəsi - Foto

Rəsmi Bakıdan UNESKO-nun bu qərarına reaksiya

Paşinyan hakimiyyətdə qalmalıdır, əks təqdirdə... - Oqtay

AXCP və Müsavat siyasi səhnədən niyə getməlidir?

Bu şəhərdə qan su yerinə axır: Rusiya 120 min əsgər itirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla