Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 İyun 2018


Xalq artistləri arasında qalmaqal – Efir qadağası

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Flora Kərimovaya bütün televiziyalar efir qadağası qoyub.

Bu barədə Musavat.com-a danışan xalq artistinin sözlərinə görə, efir qadağasının səbəbi həmkarı Zeynəb Xanlarova haqqında dediyi fikirlər olub:

“Hər yerdə mənə qadağa qoyulub, keçmişdəki kimi... Zeynəb Xanlarova unudur ki, mən ona Nisə Qasımova deyiləm Azərbaycandan illərlə didərgin etsin. Mənim bu millətə, torpağa haqqım var. Açıq sözə, fikrimə görə qorxmadan hansısa addımı atmağa haqqım var. O haqqımı Zeynəb deyil, Zeynəbin Zeynəbi gəlsin, əlimdən ala bilməz.

Mənim dilimdən onun mərhum prezident Heydər Əliyevə qarşı olan etibarsızlığı açıqlanandan sonra televiziya kanalları mənə efir qadağası qoyub. Bu yolla kolda gizlənib, özgənin əli ilə məni susdurmaq istədi. O, həqiqətdən qorxdu. Bir də hər kəsin bildiyi ”Şəki əhvalatı"nı açıqlayacağımdan qorxdu.

Məni susdurmağa ordenləri yan-yana düzən Zeynəbin də gücü çatmaz. Nahaq yerə belə etdi, mindirdi məni cin atına... Haralarasa yuxarılara dırmaşıb. Onlar da ya Mətbuat Şurasına dırmaşıb, ya da hansısa bir yuxarılara... Amma dəxli yoxdur, məni susdura bilməz. Oturmuşdum bir kənarda... Siyasətdən çoxdan gedən bir insanı cin atına mindirməsin".

Xatırladaq ki, ötən ilin xalq artisti Flora Kərimova həmkarı Zeynəb Xanlarova haqqında ağır ittihamlar səsləndirmişdi.

Tarix
2017.01.12 / 10:51
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

26 iyun qeyri-iş günüdür? – Rəsmi

Baş nazirdən FHN işçiləri ilə bağlı - Yeni qayda

Bakı-Ələt yolunda dəhşətli qəza: ölən və yaralılar var

Qırıcı və helikopterlərimiz Bakı səmasında

Cəbhədə son durum

Oqtay Əsədov Çin səddində - Foto

DSX-dən uğurlu əməliyyat: 2 əcnəbi tutuldu

"Bravo"nun satıcısı firma işçiləri tərəfindən döyüldü

İşıq pulu aşağı salınır? – Deputat açıqladı

Ölkəyə nə qədər avtomobil idxal olunub?

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla