Yuxarı

Binəqədi icra başçısının sabiq müavini bəraət istədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Report-un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən M.Mahmudovun vəkili İlhamə Həsənova müdafiə çıxışı edib. O, çıxışında Binəqədi rayonunda baş vermiş yanğında cinayət hadisəsi olmadığını deyib:

"Əsas yanğını törədəni, yəni hadisənin əsas təqsirkarını axtarmaq lazım idi. Hadisədən bir neçə ay əvvəl ləğv edilmiş Milli Təhükəsizlik Nazirliyinin (MTN) əməkdaşları Miryusif Mahmudovdan 300 min manat rüşvət tələb edib, əks halda material barədə mənfi rəy yaradacaqları ilə onu hədələyiblər.

Yanğın hadisəsi başayandan təqribən 40 dəqiqə sonra MTN əməkdaşları müvəkkilimin ofisini basıb.

Məhkəmə istintaqında ortalığı çıxan bir sıra faktlar - yanğının mənbəyinin başqası tərəfindən deyil, məhz MTN əməkdaşı Xəyyam Babayev tərəfindən göstərilməsi, onun ziddiyyəli ifadələri, bina sakinlərindən birinin məhkəməyə həmin gün naməlum “əlinin üstü nakolkalı” 16-cı meyiti görməsi barədə məlumat verməsi, zərərçəkənlərin binaya bitişik tikilinin üstündə heç vaxt zibil yığılmamasını təsdiqləməsi, bir neçə şahidin hadisə günü tikilinin üstündə bir neçə yanan lopa görməsini təsdiqləməsi və s. bu kimi hallar yanğının qəsdən törədilməsini göstərdi”.

Vəkilin sözlərinə görə, işlər müqavilə və smeta sənədləri əsasında həyata keçirilib, material nəinki bu şirkətdə, ümumiyyətlə Azərbaycanda istehsal olunmur, Türkiyədən bütün qatqılar qatılmış şəkildə alınır:

"Sınaq üçün nümünələri Standartlaşma, Metrologiya və Patent üzrə Komitəsinin əməkdaşları özləri seçib götürürlər, sınağa götürülən nümunələrlə üzləmədə istifadə edilən nümunələrin tərkibi eynidir. Miryusif Mahmudovun əməlində ona elan olunan maddələr üzrə nəzərdə tutuan cinayətin subyetiv cəhəti - motiv yoxdur".

Günün ikinci yarısında davam etdirilən prosesdə zərərçəkmiş Feyzulla Bağırov replika hüququndan istifadə edib. O, ilk gündə binanın yandırıldığını gunan etdiyini deyib:

"İndi bu gümanım təsdiqini tapdı. Hadisə nəticəsində həm maddi, həm də mənəvi itkilər verdim. Maddi itkilər dedikdə evim yandı, orada qarət baş verdi. Yanğın söndürüləndən sonra öz əzizlərimi gedib morqda tapdım. Amma mən özümü qarət olunmuş kimi hesab edirəm".

Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov son sözlə çıxış edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Digər təqsirləndirilən şəxslər isə son söz demək üçün məhkəmədən vaxt istəyiblər.

Proses yanvarın 23-də davam etdiriləcək.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında M.Mahmudovun 10 il, Ə.Əsgərovun 7 il, U.Bəşirovun 8 il, Q.Novruzovun 7 il, Ə.Rəcəbovun 7 il, N.Orucovun 5 il , A.Məmmədovun 5 il və A.Əlibəyovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəm oğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.
A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

Tarix
2017.01.17 / 15:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla