Yuxarı

Lütfi Zadəyə ağır itki

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri Lütfi Zadənin həyat yoldaşı Fey Zadə yanvarın 17-də vəfat edib.

Bu barədə Oxu.az-a AzTU-nun texnika elmləri doktoru, Lütfi Zadənin elmi irsinə həsr olunmuş "Soft Computing” üzrə Ümümdünya Konfransının Baş katibi, Lütfi Ə.Zadə adına Beynəlxalq Elmlər Akademiyasının vitse-prezidenti Şahnaz N.Şahbazova məlumat verib.

Ş.Şahbazova Fey Zadə ilə bağlı maraqlı xatirələrini bölüşüb:

"O, çox açıqürəkli, səxavətli, ağıllı və gözəl insan idi. Mənim onunla bağlı çox xatirələrim var.

15 dekabr 2016-ci ildən başlayan və 15 fevral 2017-ci ilə qədər davam edəcək ABŞ-ın Kaliforniya ştatının Berkli Universitetində elmi-tədqiqat işimlə əlaqədar demək olar ki, hər gün Lütfi və Feyi ziyarət edirəm. Bu ağır gündə professor Lütfi Zadəyə dəstək olaraq güclü olmağı tövsiyə edirəm.

Mən "Fulbright” qrantını 2007-ci ildə qazanaraq Berklidə olarkən Fey Zadə ilə görüşüb dostlaşmışam. O, elə mənəviyyatlı xanım idi ki, onu sevməmək mümkün deyildi. Mən onun mehriban, hörmətli, diqqətli söhbətlərini yaxşı xatırlayıram. O, mənə qarşı çox qayğıkeş, səmimi və mərhəmətli idi. 2007-ci ildən indiyə qədər bizim dostluğumuz ona gətirib çıxardı ki, mən onların ailə üzvünə çevrildim. Mən elə hiss edirəm ki, anamı bir daha itirdim”.

Allah rəhmət eləsin!

Tarix
2017.01.18 / 11:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla