Yuxarı

“Qafqaz”ın taleyinə aydınlıq gətirildi - Nazirlikdə görüş

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:09

Ötən gün saat 16:00-da Təhsil Nazirliyində Qafqaz Universitetinin rəhbərliyi və müəllim heyəti ilə görüş keçirilib.

Görüşdə iştirak edən professorlardan birinin Axar.az-a verdiyi məlumata görə, Təhsil Nazirliyində təsisçi Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin Qafqaz Universitetinin fəaliyyətinin dayandırılması barədə 9 yanvar tarixli qərarı müzakirə edilib. Təhsil Nazirliyi fəaliyyəti dayandırılan universitetin bazasında dövlət ali məktəbinin yaradılacağı barədə mövqeyini ifadə edib. Bildirilib ki, universitetin bazasında Mühəndislik Akademiyasının yaradılması və qurumun sahəvi ali təhsil müəsisəsinə çevrilməsi nəzərdə tutulur.

Həmçinin vurğulanıb ki, Qafqaz Universitetindəki fakültələrin əksəriyyətinin fəaliyyətinin davam etdirilməsi də məqsədəuyğundur.

Qafqaz Universitetinin tələbələri isə yeni yaradılacaq ali təhsil müəsisəsində təhsillərini davam etdirmək imkanı qazanacaqlar. Ancaq tələbələrə sərbəstlik də veriləcək, yeni yaradılan akademiyada təhsilini davam etdirmək istəməyənlərin qəbul ballarına uyğun arzuladıqları təhsil müəssisəsinə köçürülməsinə imkan yaradılacaq. Bunun üçün Qafqaz Universitetinin Ləğvetmə Komissiyası ilə Təhsil Nazirliyinin İşçi Qrupu birgə fəaliyyət göstərəcək.

Tarix
2017.01.20 / 13:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... – Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla