Yuxarı

Sovet hərbçiləri bizi addımbaşı saxlayırdı - Muradov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərində sovet ordusu tərəfindən törədilən faciə zamanı şəhid olan Mehman Muradov Göyçayın Şəhidlər xiyabanında dəfn edilib.

Şəhidin qardaşı Mehdi Muradov AzərTac-a müsahibəsində o qanlı günlərə aid xatirələrini bölüşüb. Bildirib ki, Mehman həmin gecə dostunun yaralandığını eşidərək onun yanına, xəstəxanaya yollanıb. Salyan kazarmasının yanında sovet əsgərləri onu snayperdən açılan atəşlə qətlə yetiriblər.

“Qardaşımın vurulması xəbərini eşidən kimi yanvarın 20-də səhər tezdən Bakıya yola düşdüm. Paytaxta çatanda gözlərimə inanmadım, törədilən vəhşilikləri görüb dəhşətə gəldim. Şəhərdəki o gözəllikdən əsər-əlamət qalmamışdı. Zirehli texnikalar küçələrdə minik avtomobillərini, avtobusları əzib üstündən keçmişdi, ağaclar aşmış, elektrik xətləri qırılmış, yollar dağılmışdı. Güllələr binaların divarlarını, pəncərələri deşik-deşik etmişdi. Sovet hərbçiləri avtomobilimizi addımbaşı saxlayıb yoxlayırdı. Bütün xəstəxanalara baş çəksəm də, qardaşımı tapa bilmədim. Sonra onun nəşini Cümə məscidindən tapdım və torpağa tapşırmaq üçün rayona gətirdim”, - deyə Mehdi Muradov bildirib.

Mehdi Muradov deyib: “Yüzlərlə Vətən övladı kimi, qardaşım Mehman Muradov da Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda şəhid olub. Bu gün Azərbaycan xalqı bu qəhrəman oğulları ilə fəxr edir. Mən tez-tez Şəhidlər xiyabanına gələrək Qarabağ müharibəsi və 20 Yanvar faciəsi zamanı şəhid olan igid oğulların məzarlarını ziyarət edirəm. Mehman Muradovun və digər şəhidlərimizin keçdiyi şərəfli ömür yolu gənclər üçün qəhrəmanlıq və vətənpərvərlik nümunəsidir. Dövlətimiz tərəfindən ailəmizə hər cür qayğı göstərilir. Bütün bunlara görə Prezident İlham Əliyevə minnətdaram”.

Hazırda Göyçay şəhərindəki küçə və orta məktəblərdən biri 26 yaşında şəhid olmuş Mehman Muradovun adını daşıyır. Şəhidin xatirəsinin əbədiləşdirilməsi üçün onun yaşadığı evin qarşısında büstü qoyulub.

Qeyd edək ki, Mehman Muradovla yanaşı, daha bir 20 Yanvar şəhidi - Rauf İsayev də Göyçayın Şəhidlər xiyabanında dəfn olunub.

Tarix
2017.01.20 / 20:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan ordusu iyuna qədər... – Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla