Bu yaxınlarda Bakıda keçirilən
III Beynəlxalq Humanitar Forumdan qayıtmış ukraynalı alim dostum
Oleq Kupçikin qaldığı mehmanxana (Four season) dəniz kənarında
yerləşir. Oradan Bayıldakı bayraq meydanı üzərində dalğalanan
üçrəngli, ay və səkkiz guşə ulduzlu əzəmətli bayrağımız çox gözəl
görünür.
Bakıdan qayıtmış ukraynalı qonaqlar mənə bu bayrağın tarixi,
onun üzərindəki rəng və elementlərin, işarələrin mənası ilə bağlı
suallar verdilər.
Xatırladım ki, Azərbaycanda üçrəngli dövlət bayrağı 1918-ci il
noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı
ilə qəbul edilib. 1920-ci il aprelin 28-də Azərbaycanın bolşeviklər
tərəfindən işğalından sonra bu bayraqdan imtina edilib.
Azərbaycan dövlətinin rəmzlərinin toxunulmaz, müqəddəs olması
Konstitusiyanın 23-cü maddəsində öz əksini tapıb.
Bayrağımıza sayğı himnimizdəki aşağıdakı ifadələrdə öz əksini
tapir:
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!
Bu gün doğma Azərbaycanımızın üç rəngli bayrağı dövlət
orqanları, səfirliklər, beynəlxalq təşkilatların üzərində əzəmətlə
dalğalanaraq, müstəqilliyimizə, suverenliyimizə işarə edir.
Bayrağımızda olan mavi rəng türkçülüyün; qirmizi rəng müasirlik
və demokratiyanın; yaşıl rəng islamın simvoludur.
Bəs səkkizguşəli ulduzun mənşəyi nədir?
Umumiyyətlə, bir çox dövlətlərin bayraqlarında beş, altı guşəli
ulduzlar var.
Hələ qədim zamanlarda müxtəlif tayfalar 5,6,7,8 guşəli ulduzları
özlərinin rəmzi kimi seçir və onların mistik məna daşıdığına
inanır, bu rəmzləri müqəddəsləşdirirdilər.
Səkkizguşəli ulduzun tarixi çox qədim zamanlara gedir. Qədim
şumerlərdə səkkizguşəli ulduz heroqlif-işarə olaraq, "tanrı, səma,
ulduz" anlamını daşıyırdı.
Vavilonda isə bu ideoqramma "tanrı, günəş, ulduz, il"
anlamındaydı.
Qədim Hindistanda isə səkkizguşəli ulduz kişi və qadın birliyini
ifadə edərək, həyat və yaradıcılıq rəmzinə çevrilmişdi.
Qədim Çində isə dünyanın səkkiz tərəfinin (dörd əsas və dörd
aralıq) olduğunu iddia edir və bunu səkkizguşəli ulduzla ifadə
edirdilər.
Səkkizguşəli ulduz eyni zamanda çoxallahlı inanclı sistemə
dayanan qədim tayfalarda dörd qadın və dörd kişi ilahəsinin
rəmzidir.
Səkkiz şaxədən ibarət sufi təlimini səkkizbucaqlı ulduz
simvolizə edir.
Əgər yəhudilərin rəmzi olan və dövlət bayraqlarında təsvir
olunmuş Davud ulduzu təpələrindən biri yuxarı, digəri isə aşağı
baxan iki bərabər tərəfli üçbucaqdırsa, səkkizguşə ulduz isə 45
dərəcə bucaq altında üst-üstə qoyulmuş iki kvadratdan ibarətdir.
Kvadrat dördtərəfli fiqur olduğundan, dörd istiqamətə, dörd fəsilə,
həyatın dörd əsasına, yəni, "torpaq, hava, su, atəşə" işarədir.
Türkmənistanın dövlət gerbi səkkizguşəli ulduz fonunda
yerləşir.
Türkmənistanın prezident standartında da səkkizguşəli ulduz
yaşıl bayraq üzərində öz əksini tapıb.
Bir çox müsəlman-türk tayfalarında səkkizguşəli ulduz memarlıq,
tətbiqi incəsənət dekorasiyasına çevrilib.
Səkkizguşəli ulduz Türkmənistanın paytaxtı Aşqabadın bir çox
məscidlərinin günbəzini bəzəməklə, cənnətin darvazaları anlamını
verir.
Qədim türk məskənlərindən biri olan Krımın bir çox əski
camilərinin günbəzlərini səkkizguşəli ulduz şəklində olan naxışlar
bəzəyir.
Yəni, bu gün də səkkizguşəli ulduz təkcə Azərbaycan və
azərbaycanlılar üçün deyil, digər türk kökənli millətlər üçün də
müqəddəs rəmzə çevrilib.
Bəs bizim bayrağımızın üzərindəki səkkizguşəli ulduzun
mənası nədir?
Tarixçilərin bildirdiklərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti
tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda,
orada rənglərin mənası göstərilib. Amma səkkizguşəli ulduzun mənası
açıqlanmayıb. Bayrağın üzərindəki səkkizguşəli ulduzun mənaları
barədə müxtəlif fikirlər var. Hətta alim və tədqiqatçıların da bu
məsələdə fikirləri üst-üstə düşmür.
Tarixçi Cəbi Bəhramov: "Bayrağın üzərindəki səkkizguşəli ulduzun
mənasına gəlincə bu, "Azərbaycan" sözünün əski əlifbada yazılışı
ilə bağlıdır. Belə ki, əski əlifbada "Azərbaycan" sözü səkkiz
hərflə yazılır.
Tarixçi alim Cəmil Həsənli bildirib ki, ay-ulduz türk simvolları
hesab olunur. Qədim türk mifologiyasına görə, ulduzların sayı həmin
xalqların taleyində rol oynayır. Ulduzlar səkkiz guşə kimi
düzüləndə, həmin xalqın taleyində xoşbəxt hadisə baş verir".
Səkkizguşəli ulduzun mənasını tarixçi alim Akif Məmmədli belə
açıqlayıb: "Rəsulzadə dövlətin prinsiplərini müəyyənləşdirərkən
səkkiz prinsipə əsaslanıb: bunlar türkçülük, islamçılıq, çağdaşlıq,
dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və
mədəniyyətlilikdir".
Nəsib Nəsiblinin sözlərinə görə, ulduzun səkkizguşəli olması ilə
bağlı müxtəlif versiyalar var: "Səkkizguşəli ulduz "cənnətin səkkiz
qapısı" anlamına gəlir. Səkkiz rəqəmi daha çox şiəliklə bağlıdır.
Bu, həmin dövrdə Azərbaycan əhalisinin çoxunun şiə olması ilə də
izah oluna bilər. Həmin dövrdə Osmanlı dövlətinin bayrağı yeddiguşə
ulduzlu idi".
N. Nəsiblinin sözlərinə görə, Cümhuriyyət qurucularının məhz bu
ideyaya görə bayrağı səkkizguşəli etdiklərini demək çox çətindir və
risk tələb edir: "Bu, ehtimallardan yalnız biridir. Beş guşəli
ulduz xristianlığı, altı guşəli ulduz yəhudiliyi, yeddi guşəli
ulduz sünniliyi, səkkiz guşəli ulduz şiəliyi, doqquz guşəli ulduz
isə bəhailiyi ifadə edir. Hər halda, səkkizguşəli ulduzun mənaları
ilə bağlı elə bir konkret izaha rast gəlməmişəm. Yalnız ayla
ulduzun xoşbəxtlik rəmzi olması haqqında məlumatlarla tanışam".
Zabitlərimiz də çiyinlərində səkkizguşəli ulduzlu paqonlar
daşıyırlar.
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin də
nişanının əsasını səkkizguşəli ulduz təşkil edir.
Onu da qeyd edim ki, rəmzlərin və onlardakı işarələrin tarixi
əhəmiyyəti vardır. Milli şüurun formalaşmasında da rəmzlərin
əhəmiyyəti danılmazdır.
İkinci Dünya müharibəsi zamanı almanlar Danimarkanı işğal
edərkən əmr ediblər ki, şəhərin yəhudi sakinləri səhər tezdən
döşlərinə altı guşəli Davud ulduzu taxaraq Kopenhagen şəhərinin
mərkəzində yerləşən Stokholm meydanına toplansınlar. Ölkənin Kralı
və Kral ailəsi döşlərinə altıguşəli yəhudi ulduzu taxaraq deyilmiş
vaxtda yəhudilərlə bərabər meydana çıxırlar. Alman komendantı Kral
ailəsinin bu cəsarətli addımından çaşaraq, nəzərdə tutduğu
tədbirdən vaz keçir. Sadə bir rəmz yüzlərlə, minlərlə yəhudinin
məhvinin qarşısını alır. Rəmzləri bilmək, yerində və vaxtında
istifadə etməyin hikməti böyükdür.
Ona görə də təkcə bayrağa yox, eyni zamanda ondakı işarə və
simvollara da hörmət etmək lazımdır.
Corc Buş ayaq altında
Bir haşiyə çıxmaq istərdim. 1990–cı ildə Küveyti əski İRAQ
torpağı hesab edərək Səddam Hüseyn oraya hücum etdi və qonşu ölkəni
işğal etdi. Lakin 1991-ci ildə ABŞ prezidenti Corc Buşun göstərişi
ilə ABŞ hərbi qoşunları İraq qoşunlarını məğlub edərək Küveytdən
çıxmağa məcbur etdi.
Bundan hiddətlənən və əlindən başqa bir iş gəlməyən Səddam
Hüseyn Bağdadın ən bahalı və dəbdəbəli mehmanxanası olan "Ər Rəşid"
hotelinin girişinə ABŞ prezidenti Corc Buşun rəsmini həkk etdirdi.
Bunu ABŞ dövləti özünə qarşı hörmətsizlik və təhqir kimi qəbul
etdi.
20 mart 2003-cü ildə İraqa qarşı başlayan müharibənin yadda
qalan anlarından biri də odur ki, hərbi əməliyyata başçılıq edən
amerikalı general Tommi Rey Frenk 10 aprel 2003-də Corc Buşa
(kiçik) məktubla müraciət edir. General müraciətində ABŞ
prezidentinə qarşı edilmiş təhqirə son qoyulduğunu və xüsusi tağım
əsgərlərinin çəkic və lomlarla Bağdaddakı "Ər Rəşid" hotelinin
girişinə həkk olunmuş Corc Buşun rəsminin çıxarıldığını,
söküldüyünü bildirir. Həmin vaxt bu xəbər ABŞ-ın bir çox tanınmış
qəzetlərində çap olundu.
Bunları niyə yazdım?
Bakıda olanda bir çox dövlət idarələrinin döşəməsində "gözəllik"
üçün bu rəmzlərin həkk olunduğunu, idman meydançalarında
oturacaqların üzərində bayrağın rəsm olunduğuna şahid oldum.
Bayrağa bürünmək olar, amma onun üzərində oturmaq, onu ayaqlamaq
olmaz. Bəlkə bu sayğısızlığa görədir ki, bu günə qədər Qarabağımız
işğal altındadır, Xankəndində ücrəngli bayrağımız dalğalanmır. Bu
cürmü milli şüura sahibik?
Sonda Türkiyə Cümhuriyyətinin 15-çi ildönümü münasibəti ilə şair
Mithat Cemal Kuntayın 1938-ci ildə yazdığı və bayraqlara həsr
etdiyi şeri nəzərinizə çatdırıram. Bu şerin sonuncu iki bəndini hər
bir Azərbaycan türkü əzbər bilir:
On Beş Yılı karşılarken
Kim derdi yarılsın da nihayet yerin
altı,
Bir anda dirilsin de şu milyonla
karaltı.
Topraklaşan ellerde birer meşale
yansın.
Kim der ki şu milyonla adam birden
uyansın.
Kim derdi seher yıldızı doğsun da bir
evden,
Kaçsın da cehennemler o bir dalma
alevden,
Canlansın ışık selleri olsun da o
damla
Beş devletin öldürdüğü devlet bir
adamla.
Kim der ki en son rakamlar da
delirsin.
On beş asır on beş yılın ebadına
girsin.
Dünyaları bir fert evet oynattı
yerinden,
Sarsıldı demirler evet azmin
demirinden.
Mazi yıkılıp gitti evet fesli,
kafesli:
Lâkin bugünün ey granit bünyeli
nesli,
Bir şey ele geçmez şerefin sade
adından.
Sen arşı bırak, varsa haber ver
kanadından.
Gökten ne çıkar? Gök ha büyükmüş ha
değilmiş,
Sen alnını göster ne kadar
yükselebilmiş.
Gökler çıkabildin, uçabildinse
derindir,
Tarihi kendin yazıyorsan,
eserindir.
Bahsetme bugün sade dünün
mucizesinden,
İnsan utanır sonra yarın kendi
sesinden.
Asrın yaşamak hakkını vermez sana
kimse;
Sen asrını üstünde izin varsa
benimse;
Bayrakları bayrak yapan üstündeki
kandır
Toprak, eğer uğrunda ölen varsa
vatandır.
Bir daha Bayraq bayramınız mübarək olsun!
Əli-İsa Dəmirov
Kiyev, 09 noyabr 2013.