Yuxarı

Eldar Sultanov ölən direktorla bağlı: Araşdıracağıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gündür ki, ATV-nin "Yoxlama” verilişinin aparıcısı Azər İsmayılovun çəkiliş apardığı Xətai rayonu Zaur Məmmədov adına 171 saylı orta məktəbin direktoru Telman Qardaşovun ölümü mətbuatın əsas gündəminə çevrilib. Mərhum direktorun yaxınları T.Qardaşovun ölümündə günahı ATV telekanalının əməkdaşı Azər İsmayılovda görürlər.

Mərhumun qızı Musavat.com-a açıqlamasında deyib ki, atasının vəfatına səbəbkar olan Azər İsmayılovdur:

“O, gəlib qanunsuz şəkildə çəkiliş aparmasaydı, bunu efirə verməsəydi, atam indi sağ idi. Onu məhkəməyə verəcəyik. Hər şeyə görə cavab verməlidir".

ATV telekanalının isə yaydığı rəsmi məlumatda bildirilib ki, verilişdə heç bir qanunauyğunsuzluq yoxdur:

Ötən gün isə sosial şəbəkədə mərhum direktor haqda daha bir məlumat yayılıb. Onun VHP-nın üzvü, hətta qurucularından biri olduğu bildirilib.

Yayılan məlumatla bağlı Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı açıqlamasında bildirib ki, T.Qardaşov partiyaya ilk qoşulanlardandır:

“Vətəndaş Həmrəyliyi Partiyası yaradılan zaman partiyaya qoşulan ilk insanlardan biri də Telman Qardaşov idi. Partiya üzvü olaraq, o illərdə çox çalışdı. Onu yaxşı xatırlayıram, dəyərli, gözəl insan idi. Təəssüf ki, 15 il idi ki, əlaqəmiz itmişdi. Məktəb direktoru kimi fəaliyyət göstərməsindən xəbərsiz olmuşam. Onun ölümü haqda mətbuatdan məlumat almışam. Əlbəttə, Telmanın vəfat etməsi məni kədərləndirdi. Bakıya dünən gəlmişəm. Yaxın günlərdə ailəsinə baş çəkəcəyəm və hadisələri bir də onların dilindən dinləyəcəyəm”.

Direktorun ölümü və ailəsinin ittihamları ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da açıqlama verib.

“Hazırda məsələnin nə yerdə olduğunu bilmirəm, araşdıracağam”, - Sultanov bildirib.

Tarix
2017.01.30 / 17:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla