Yuxarı

Sabah hava necə olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, fevralın 24-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 8-13°, bəzi yerlərdə 15° isti, Bakıda gecə 2-4° isti, gündüz 11-13° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, fevralın 24-25-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, qısa müddətdə arabir güclənən gilavar və xəzri küləyinin tez-tez bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

Tarix
2017.02.23 / 12:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla