Yuxarı

2017-ci ilin qrant müsabiqələri ilə bağlı qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
2017-ci ilin qrant müsabiqələri ilə bağlı qərar

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.

Axar.az xəbər verir ki, şura sədrinin müavini Vüsal Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın 2017-ci il birinci qrant müsabiqəsinin nəticələri haqqında məsələni elan edib. Gündəlik yekdilliklə təsdiq olunub. Vüsal Quliyev sözügedən qrant müsabiqəsinə QHT-lərin 519 layihə təqdim etdiyini və ekspertlərin onlara verdiyi ballarla Şura üzvlərinin tanış olduğunu qeyd edib. Şuranın sədr müavini Katibliyin müsabiqə prosesini Şuranın təlimat və qərarlarına uyğun olaraq lazımı şəkildə təşkil etdiyini deyib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2017-ci il birinci qrant müsabiqəsinin 1-30 dekabr 2016-cı il tarixlərini və 17 mövzunu əhatə etdiyini bildirib. İcraçı direktor bu müddət ərzində Şuranın elektron bazasına 656 QHT-nin müraciət etdiyini bildirib. Sənədləri qaydasında olan 614 QHT qeydiyyata alınıb. Bunlardan 590 QHT Şuraya layihə təqdim edib. İlkin seleksiyadan sonra 519 QHT-nin layihəsi ekspertizaya təqdim olunub. Onlardan 317 layihə keçid balını toplaya bilib.

Şura üzvləri Şahin İsmayılov, İlqar Məmmədov, Əliməmməd Nuriyev, Emin Həsənli, Sahib Məmmədov, Anar Xəlilov və Rufiz Qonaqov çıxış edərək gündəlikdə dayanan məsələ ilə bağlı rəy və təkliflərini bildiriblər.

Yekun olaraq Şura üzvləri ekspertlərin və Büdcə Komissiyasının rəyini nəzərə alaraq 317 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul ediblər.

Müsabiqənin nəticələrindən narazı qalan QHT-lər 15 mart 2017-ci il, saat 17:00-dək Şuranın Apellyasiya Komissiyasına müraciət edə bilərlər.

Müzakirələrdən sonra iclasın gündəliyində olan məsələ səsə qoyularaq qəbul edilib.

İclasda Vergilər Məcəlləsinə edilən son dəyişikliklərlə əlaqədar Vergilər Nazirliyinin nümayəndələri ilə QHT-lərin görüşünün təşkil edilməsi də müzakirə olunub.

Müsabiqənin nəticələri ilə 7 mart 2017-ci ildə Şuranın www.cssn.gov.az saytında tanış olmaq mümkündür.

Tarix
2017.03.04 / 19:05
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycana mal ixrac edəcək

Bakı ilə İravan arasında yüzmilyonlarla ticarət...

İlham Əliyevin Pezeşkiana zəng etməsi... - Moskvadan baxış

Əliyevlə Paşinyan bu mövzularda razılığa gəldilər - Video

Bakı və Belqrad arasında siyasi məsləhətləşmələr

Netanyahu: İlham Əliyevə deyin ki, bu il... - Video

Mirzoyan avropalı diplomatla sülh prosesini müzakirə etdi

İsrail və Azərbaycan arasında memorandum imzalandı

Prezidentlər hərbçilərin birgə təlimini izlədilər - Foto/Video

Hindistanın yeni səfiri Azərbaycana gəldi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla