Yuxarı

FHN-dən Gəncədəki daşqına rəy - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

20:28

Gəncədə yağış suları ciddi fəsadlara yol açıb.

Saat 19:00 radələrində müşahidə olunan yağışlı hava evlərə ziyan vurub. Yarım saata yaxın davam edən leysan nəticəsində küçələri su basıb, yağış suları evlərin zirzəmisinə dolub.

Şəhərin Dadaş Bünyadzadə küçəsindəki 16 və 17 saylı evlərə isə yağıntı daha böyük ziyan vurub. Hər iki evin həyətyanı sahəsi və ev özü su içindədir.

Hazırda FHN-in müvafiq strukturları ərazidə qabaqlayıcı tədbirlər görür. Hadisə yerinə Şəhər İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının şəxsi heyəti də cəlb edilib. /Kəpəz TV/

21:02

Fövqəladə Hallar Nazirliyi Gəncədə subasma hadisəsi ilə bağlı məlumat yayıb.

"Axar.az" FHN-in rəsmi saytına istinadən məlumat verir ki, bu gün Gəncə şəhəri ərazisində hava şəraiti kəskin dəyişib, leysan xarakterli yağış yağıb. Nəticədə bir çox fərdi yaşayış evlərinin və inzibati obyektlərin həyətlərini və zirzəmilərini su basıb.

Dərhal FHN-in müvafiq qurumları lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin müvafiq qüvvə və texnikası yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görür.

Fotolar APA-ya məxsusdur.

Tarix
2014.04.22 / 21:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla