Yuxarı

Nazir nurçu olmadığını dedi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov adının "nurçular"la bağlı məsələdə hallanmasına aydınlıq gətirib.

A.Rəhimov bu gün keçirilən mətbuat konfransında "nurçular"la heç bir əlaqəsinin olmadığını bildirib: ""Nurçuluq" nədir, heç mən onu bilmirəm. Onu mənə başa salsınlar, sonra danışım. Mənim bu cərəyanla əlaqəm yoxdur".

Nazir Bakıda Avropa Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı tikilən obyektlərə görə ağacların kəsilməsini də düzgün saymayıb: "Bunu deyənlər, yazanlar sanki Bakıda yaşamırlar. Çünki gəlin bir nəzər salaq. Bakıda olan bəzi tikililər var ki, orada ağaclar təmir işlərinə görə kəsilir və yenidən əkilir. Hansı tikiliyə görə ağac kəsilib ki? Ona görə də təklif edirəm ki, nəyisə yazmazdan öncə bir təhlil etmək lazımdır. Düşünürəm ki, bunu yaymaqla ya qərəzli mövqe nümayiş etdirirlər, ya da qeyri-peşəkar jurnalistlər bunu yazırlar".

A.Rəhimovun sözlərinə görə, gənclərin ictimai fəallığının yüksəlməsi üçün gənclərlə bağlı qeyri-hökumət təşkilatlarının sayı artmalıdır.

Nazir deyib ki, 10 il ərzində gənclər təşkilatlarının sayı təxminən 5 dəfə artaraq 51-dən 250-yə qədər yüksəlib. Son il ərzində xüsusilə rayonlarda gənclər QHT-lərinin sayında artım nəzərə çarpır.

A.Rəhimov bildirib ki, ötən il gənclər təşkilatlarına 137 layihə üçün 5.540.991,40 manat ayrılıb /Trend/.

Tarix
2014.04.23 / 13:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla