Yuxarı

Metrodakı tüstülənmənin səbəbi açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metrodakı tüstülənmənin səbəbi açıqlandı

“28 May” və “Gənclik” stansiyaları arasında tüstülənmə müşahidə edilmişdi. Dərhal əməkdaşlarımız tunelə düşdülər ki, hadisənin baş vermə səbəbini aydınlaşdırsınlar. Təlimata uyğun olaraq, dərhal FHN Yanğından Mühafizə Xidmətinə və təcili tibbi yardıma müraciət olundu.

Axar.az xəbər verir ki, bu sözləri Bakı Metropoliteni QSC-nin mətbuat katibi Nəsimi Paşayev mediaya müraciətlə paylaşıb. Onun sözlərinə görə, iki stansiya arasındakı tunellərdə bir-birinə keçid tuneli var:

“Oradakı lövhədə kabellərdə qısaqapanma nəticəsində qızma baş vermişdi. Bunun nəticəsində naqillərin üstündəki təbəqə ərimişdi və tüstülənmə əmələ gəlmişdi. Qatarların hərəkəti nəticəsində və havalandırmaya görə tüstülənmə “Gənclik” və “28 May” stansiyalarında da müşahidə edilirdi. Operativ tədbirlər nəticəsində hadisə aradan qaldırıldı. Sərnişinlər və qatarların hərəkəti bərpa edildi. İstər sərnişinlərin, istərsə də Metropoliten əməkdaşlarının həyatına hər hansı problem yaranmayıb. Özünü pis hiss edən sərnişinlərə dərhal tibbi müdaxilə edilib və bütün sərnişinlər rahat şəkildə metronu tərk ediblər”.

Tarix
2017.03.15 / 22:45
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla